"Bütün bunlar bu hadisənin qlobal xarakterindən xəbər verir” - BMT rəsmisi COP29 barədə danışdı
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə bir sıra fikirlər səsləndirib. O bildirib ki, noyabrda Bakıda keçiriləcək COP29 hər bir ölkəni əhatə edən bir sıra məsələlər üzrə mühüm qərarlar qəbul etmək üçün fürsətdir.
“Belə şəraitdə iqlim konfransı iştirakçıları noyabrda Bakıda toplaşanda bir sıra mühüm kollektiv qərarlar qəbul edəcəklər. Bütün bunlar bu hadisənin qlobal xarakterindən xəbər verir”, - o vurğulayıb.
Mətləb Salahov