Rusiya ABŞ və Aİ-nin Ukraynaya göndərdiyindən üç dəfə çox sursat istehsal edir - NATO kəşfiyyatı açıqladı
NATO-ya üzv ölkələrin kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya ABŞ və Aİ-nin Ukraynaya göndərə biləcəyindən üç dəfə çox sursat istehsal edir. “CNN”in məlumatına görə, Rusiya yəqin ki, hər ay 250.000 artilleriya mərmisi istehsal edir. Bu o deməkdir ki, Rusiyada ildə üç milyon mərmi istehsal olunur.
Avropa kəşfiyyat xidmətinin yüksək rütbəli rəsmisinin “CNN”ə verdiyi məlumat üzrə, ABŞ və Aİ birlikdə Ukraynanı ildə cəmi 1,2 milyon mərmi ilə təmin etmək üçün resurslara malikdir.
“CNN”lə söhbətində anonim mənbə bildirir ki, bu mərhələdə Rusiya Ukraynada hər gün 10 min, Ukrayna isə 2 min mərmi istifadə edir.
Nəşrin verdiyi xəbər üzrə, Ukrayna müttəfiqlərdən müasir silahlar alıb, lakin hərbi analitiklərin fikrincə, müharibədə çox güman ki, daha çox artilleriya mərmisindən istifadə edən qalib gələcək.
NATO nümayəndələri bildirirlər ki, Rusiyada sutka ərzində 24 saat sursat istehsal edən zavodlar fəaliyyət göstərir. İşçi qüvvəsi hər 12 saatdan bir dəyişir. Rusiya hərbi sənayesində hazırda 3,5 milyon insan çalışır. Müharibədən əvvəl onların sayı 2-2,5 milyon nəfər idi.
Bundan əlavə, “CNN”in yaydığı məlumat üzrə, Rusiya İran və Şimali Koreyadan mərmi alır.
Məqalədə həmçinin qeyd edilir ki, Rusiya hərbi maşını hazırda tam gücü ilə işləsə də, ekspertlərin Rusiyanın hərbi sənayesinin gələn il çatacağını proqnozlaşdırdığı həddi var. Uzunmüddətli perspektivdə isə Qərb sursat istehsalında Rusiyanı keçə bilər.
TAHİR