"Taksilərin sayı 67 mindən 60 minə qədər azalıb, 20 min bəs edir" - Nazir müavini
Bu gün bizim mümkün vəsaitimiz var və bu vəsaiti daha yaxşı istiqamətlərə sərf etməyə çalışırıq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O qeyd edib ki, ötən yaydan bura cüzi dəyişikliklər hesabına 67 mindən 60 minə qədər azalıb.
"Bakının ehtiyac olan taksi 20 min civarında kifayət etməlidir. Bu eyni anda 40 minə qədər insanın işsiz qalması demək deyil. Bizim ictimai nəqliyyatda sürücü çatışmazlığımız var", - deyə nazir müavini bildirib.