Erməni türkoloq: “Avropa Birliyi bizim üçün bir xəyaldır”
Artıq erməni ictimai rəyi, ziyalı təbəqəsi Nikol Paşinyanın Ermənistanı sürətlə qərbin qucağına atmasını ciddi narahatçılıqla qarşılayır. Var gücləri ilə ermənilərə bolluca xəyal vəd edən qərbdəkilər, həttda Ermənistanın Avropa Birliyinə qəbul ediləcəyi barədə hava şarına bənzəyən bəyanatlar verir, sanki Ukraynanın başına gətirdikləri fəlakətlər zamanı vəd etdiklərinin eynisini indi də Ermənistana vəd edirlər.
Son bir neçə ayda erməniləri yenidən Azərbaycan əleyhinə hərbi təxribatlara təhrik edən qərb dairələrinin bu gülünc vədləri erməni ictimai rəyini də qıcıqlandırır. Panoram.am saytı bu barədə erməni türkoloq, tarix elmləri namizədi Varujan Qeqamyanın münasibətini dərc edib. Erməni türkoloq öz sosial şəbəkə hesabında yazır: “hazırda bizdə Rusiya Federasiyasına qarşı düşmənçilik yaradırlar və heç kimin bizi gözləmədiyi AB xəyalını inkişaf etdirirlər. Açıq-aydın hər kəs bilir ki, bu sadəcə bir xəyaldır”.
Mətləb Salahov