Kanada və İsveç UNRWA-nı yenidən maliyyələşdirməyə başladı - İsraildən etiraz...
İsrail Kanada və İsveçin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) yenidən maliyyələşdirmək qərarını yanlış hesab edir. Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Kanada və İsveçin UNRWA-nı yenidən maliyyələşdirmək qərarı (...) ciddi səhv, bu ölkələrin hökumətləri tərəfindən agentliyin əməkdaşlarının terror fəaliyyətində iştirakına gizli dəstəkdir. İsrail Kanada və İsveç hökumətlərini sıralarında yüzlərlə HƏMAS üzvünün olduğu təşkilatın maliyyələşdirilməsini dayandırmağa və onu dəstəkləməməyə çağırır”, - deyə İsrail XİN-in nümayəndəsi Lior Hayat “X” hesabında yazıb.
XİN hesab edir ki, UNRWA Qəzza zolağında nizamlanmaya töhfə verməyəcək.
Yanvarda İsrail UNRWA-nın 12 əməkdaşını HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunda iştirak etməkdə ittiham edib. Bu ittihamlardan sonra bir sıra ölkələr agentliyin maliyyələşdirilməsini dayandırıb.
ZÜMRÜD