Kasım - Jomart Tokayev sabah Bakıya gəlir -RƏSMİ AÇIQLAMA
Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. "Martın 11-12-də Prezident Kasım - Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda deyilir.
Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.
Mətləb Salahov