Netanyahu siyasi karyerasını xilas etmək üçün "Hizbullaha" qarşı genişmiqyaslı müharibəyə başlaya bilər - ABŞ narahatdır...
ABŞ prezidenti Co Bayden administrasiyası İsrailin baş naziri Benyamin Netanyahunun siyasi karyerasını xilas etmək üçün Livanda “Hizbullaha” qarşı genişmiqyaslı müharibəyə başlaya biləcəyindən narahatdır. Bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
Nəşr Bayden administrasiyasının ondan çox rəsmisi və diplomatlarının bəyanatlarına istinad yazır ki, ABŞ İsraillə İranın dəstəklədiyi “Hizbullah” arasında genişmiqyaslı müharibənin qarşısını almaq üçün Təl-Əvivə yüksək səviyyəli elçilər göndərib.
Məqalədə deyilir ki, Qüdslə Vaşinqton arasında bu məsələ ilə bağlı gərginliyin bir hissəsi İsrail Müdafiə Qüvvələrinin oktyabrın 7-dən bəri, ABŞ-ın dəstəklədiyi Livan Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirməsi ilə bağlıdır. İsrail rəsmisi ABŞ nəşrinə bildirib ki, ölkə Livan ordusunun mövqelərini qəsdən hədəfə almır.
İsrail bu günədək Livan ordusunun mövqelərinə 34 dəfə zərbə endirib.
TAHİR