"Barselona" ŞOKDA - fırıldaqçıya 1 milyon avro köçürüldü...
"Barselona" özünü Kataloniya klubunun hücumçusu Robert Levandovski meneceri Pini Zahavi kimi göstərən fırıldaqçıya 1 milyon avro köçürüb. Bu barədə "Cadena Ser" məlumat yayıb. "Barselona" pulu agentlə apardığı əməliyyatın hesabına köçürüb.
Lakin bank əməliyyatı bloklayıb və vəsaiti geri qaytarıb. Bundan sonra məsələnin əsl tərəfi ortaya çıxıb. Sözügedən şəxsin Pini Zahavi yox, fırıldaqçı olduğu müəyyənləşib.
Mətləb