Azad ərazilərdə seçki məntəqlərinin yaradılması prosesi başa çatıb
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqlərinin yaradılması prosesi başa çatıb. Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ölkə üzrə bütün seçki məntəqələrində qanuna uyğun seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb.