Prezident DTX barədə fərmanda dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli fərmanında dəyişikliklər təsdiq edilib.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.