İlham Əliyevin Prezidentliyə namizədliyi təsdiq edildi
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilib.
Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul olunub.
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Tahir TAĞIYEV