"Soros"çular İrəvanda "rus casusu" saydıqları nazirlərə savaş açdı... Paşinyana da təzyiq edilir...
Ermənistan hakimiyyətinin bəzi üzvləri baş nazir Nikol Paşinyandan iqtisadiyyat naziri Vaan Kerobyanı istefaya göndərməsini tələb edirlər.
Trend xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Məlumata görə, "sorosçular" Kerobyanı "rus casusu" hesab edirlər. Onların fikrincə, Kerobyan məhz bu səbəbdən Qərb sanksiyalarından yan ötərək Rusiyaya ixracı qadağan olunan malların Ermənistandan və ya Ermənistan vasitəsilə ölkəyə çatdırılmasını təmin edir.
Qəzet hakimiyyətdəki mənbələrə istinadən yazır ki, "sorosçu"lar artıq uzun müddətdir ki, Paşinyandan birbaşa olaraq Kerobyanı istefaya göndərməsini tələb edirlər, lakin hələ ki, Paşinyan Kerobyanı himayəsi altında saxlayır.
"Hraparak" qəzeti "sorosçu"ların həmçinin Ermənistanın daxili işlər naziri Vahe Qazaryanı da hədəf aldığını qeyd edib.