Rusiyada Bəşər Əsədə "yeni vəzifə" də verdilər - Mariopol şəhərinin başqanı...
Dövlət Dumasının deputatı Kuznetsov Əsədin bundan sonra "rus xalqının" xidmətində olmalı olduğunu deyib. O bildirib ki, Əsəd Ukraynaya getməli, orada Rusiyaya xidmət etməli, məsələn, Mariopol şəhərini idarə və bərpa etməli, öz işini ləyaqətlə yerinə yetirsə, Rusiya vətəndaşlığı almalıdır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Kuznetsovun nəyə işarə etdiyi bəllidir. Demək istəyir ki, ailənlə birlikdə səni xilas etdik, pulunla, var-dövlətinlə bu dövlətə xidmət etməyə borclusan, ölkəndən gətirdiyin milyardlar Rusiyanın Ukraynadakı ərazilərinin bərpasına yönəldilməlidir.
İlginc deyilmi?
Yerə girəsən, Əsəd! 60 il o xalqa zülm etdiniz, axırda şərəfsizcəsinə qaçdınız, indi də Rusiyada ələ salınırsınız...Vətəndə şərəflə ölsəydin...
Məlumatlara görə, Moskvanın əla bir yerində 30 milyon avroya lüks malikanə alıb...
Tahir TAĞIYEV