KÖHNƏ VERSİYA            

Füzulinin alleqorik əsərləri tədqiqat mövzusu kimi...

Image

Alleqoriyanın izinə düşsək, gedib eradan əvvəlki dövrlərə çıxarıq. Bir çox tədqiqatçılar ədəbiyyatda alleqorik obrazlar üzərində düşünmüş, hərə öz baxış bucağından fikrini söyləmişdir. Dahi şairimiz Məhəmməd Füzulinin alleqorik əsərləri də tədqiqata cəlb olunmuşdur. Bu tədqiqatçılardan biri də Lalə Əlizadədir. Lalə Əlizadə ilə 90-cı illərdə Hacı Mailin vasitəsilə tanış olmuşdum. Deyilənə görə, “Füzulinin qızı” kimi tanınırmış və mən bunu sonralar Lalə xanımla Füzuli tədbirlərində tez-tez görüşdükdə öyrənmişdim. O zaman mənə namizədlik işi əsasında çap olunmuş “Füzulinin gizli sözü” adlı kitabını vermişdi,  maraqla oxumuşdum.

Kitabın “Füzuli alleqoriyalarının tədqiq və nəşri” adlı I fəslində şairin yaradıcılığı, xüsusən də “Söhbətül-əsmar”, “Bəngü badə”, “Həft cam - Saqinamə”, “Səhhət və mərəz - Ruhnamə” kimi alleqorik əsərləri haqqında təzkirəçilərin və həm Qərbi Avropa və rus, həm də türk, özbək və azəri tədqiqatçılarının əsərlərinə müraciət edən müəllif Hammer Pürqştall, Y.E.Bertels, A.E.Krımski, F.Köprülüzadə, H.Mazıoğlu, S.K.Qaraalioğlu, Ə.Gölpınarlı, Ə.Qaraca, H.Əfəndi, E.R.Rüstəmov, A.Sur, F.Köçərli, H.Araslı, M.Cəfərov, M.Quluzadə, M.Cəlal, S.Əliyev, F.Qasımzadə, V.Feyzullayeva, A.Rüstəmova, Ə.Səfərli, X.Yusifli kimi alimlərin əsərlərindəki dəyərli fikirlərdən bəhs etmişdir.

 Lalə Əlizadə əsərin “Füzuli alleqoriyalarında ideya, süjet və obraz” adlı II fəslində şairin alleqorik əsərlərindən geniş bəhs edən, əsərlərin ideyasından, obrazlardan söz açan müəllif “Bəngü badə”nin Nizaminin “Yeddi gözəl” poemasının quruluşunda olduğunu, “Səhhət və mərəz”in ideya və mündəricəsi baxımından Fəridəddin Əttarın “Məntiq-ət-teyr” əsəri ilə uyğun gəldiyini, “İt və pişik” qitəsinin “Sirlər xəzinəsi”ndəki “Bülbül və qızılquş” təmsilini xatırlatdığını və s. qeyd edir. Dahi şairin yaratdığı şərti-metaforik obrazlardan, fəlsəfi rəmzlərdən danışan tədqiqatçı həm də əsərlərdəki bir sıra ürfani istilahların açımını verməyə çalışmış və öz Füzulisi haqqındakı fikrini belə yekunlaşdırmışdır: “Göründüyü kimi, eyni bir bədii sistem daxilində doğulan, eyni fəlsəfi təlim və eyni estetik ideala xidmət edən bu simvolik məzmunlu, rəmzi ideyalı əsərlərində Füzuli sufizmin mistik-fəlsəfi görüşlərini idealizə yolu ilə elmi idrak formasına salmış, panteist təlimin mütərəqqi keyfiyyətlərini bu alleqorik sistem daxilində bəzən sırf romantik və simvolik, bəzən isə real-həyati anlayışların şərti-təmsili obrazları arxasından özünün ümumi bəşəri məhəbbət ideyasını, humanizmi tərənnüm etmişdir ki, bununla Azərbaycan ədəbiyyatı tarixində orijinal bir yaradıcılıq səhifəsi açılmışdır”. 

Kitabdakı “Füzuli alleqoriyalarında sənətkarlıq” adlı III fəsildə “Füzuli alleqoriyalarının süjet və kompozisiyası”ndan və “Füzuli alleqoriyalarında bədii təsvir vasitələri”ndən ayrı-ayrılıqda bəhs olunmuşdur. Şairin alleqoriyalarının mövzu, ideya, süjet, kompozisiya, bədiilik baxımından orijinallığı ilə yüksək sənətkarlıq abidəsi kimi diqqət çəkdiyini qeyd edən tədqiqatçı yazır: “Bunun nəticəsidir ki, Azərbaycan ədəbiyyatında Füzulinin başladığı alleqoriya ənənəsi müasir günlərimizə kimi yaşamaqdadır. Ədəbiyyatımız tarixində dahi şairin layiqli davamçılarından XIX əsrin birinci yarısında Abbasqulu ağa Bakıxanov, qasım bəy Zakir, Seyid Əzim Şirvani, XX əsrin birinci yarısında Mirzə Ələkbər Sabir, abbas Səhhət, böyük demokrat Cəlil Məmmədquluzadə öz qüdrətli sələflərinin alleqoriyalarından yaradıcılıqla bəhrələnmiş, bu gözəl ənənəni yaşatmışlar...”.  

Bu yaxınlarda institutumuzun kitabxanasında Füzuli sərgisi üçün toplanmış kitabların arasında Lalə xanımın “Söz gəlininin örtüyü” adlı ümumi alleqorik əsərlərdən bəhs edən kitabına rast gəldim. “Yazıçı” nəşriyyatında çap olunmuş kitabın elmi redaktoru akademik Teymur Kərimli, redaktoru f.ü.f.d. Vəfa Abbasovadır. Müəllif “Bir neçə söz” adlı girişdə yazır: “Alleqoriya bir bədii ifadə vasitəsi kimi neçə minillər bundan əvvəl olduğu qədər işlək və sənətkarlar tərəfindən həvəslə istifadə edilən bir vasitə olaraq qalır. Həm də hər bir böyük sənətkar bu vasitəni öz yaradıcılıq üslubu, bədii fantaziyasının imkanları ilə zənginləşdirir və gələcək nəsillərin poetik arsenalına əlavə edir”.

Kitabın “Alleqoriya – gerçəkliyin bədii-simvolik inikas forması kimi”, “Orta əsrlər ədəbiyyatında alleqoriyanın mövqeyi və ideya-estetik funksiyaları”, “Klassik Azərbaycan poeziya məktəbi nümayəndələrinin yaradıcılığında alleqoriyanın özəllikləri”, “XIII-XVI əsrlər Azərbaycan poeziyasında alleqoriya” adlı mövzularda geniş tədqiqat aparan müəllif min illik bir tarixə nəzər salmış, ona qədərki tədqiqat işlərini araşdırmış, bu sahədə ortaya dəyərli bir kitab qoymuşdur. 

Filologiya elmləri doktoru Lalə Əlizadə kitabın sonuncu bölməsində XIII-XVI əsrlər anadilli poeziyamızın görkəmli nümayəndələrindən, İzzəddin Həsənoğludan başlayaraq Füzuliyə kimi alleqorik əsərlər yazan müəlliflərdən bəhs etmişdir. İ.Həsənoğlunun bir çox şairlərin nəzirə yazdığı qəzəlinni, Qazi Bürhanəddinin “eşq”, “görünüz” rədifli qəzəllərini, tüyuq və rübaisini, Marağalı Əvhədinin “Cami-Cəm” əsərini, ana dilimizdə yazılmış ilk poema nümunəsi olan “Dastani-Əhməd-Hərami”ni, İmadəddin Nəsiminin “bilməz”, etməgil”, “mənəm”, “məst”, “istəmə”, “sığmazam” rədifli və s. qəzəllərini, Yusif Məddahın “Vərqa və Gülşa” əsərini, Kişvərinin qəzəllərini, Həbibinin “bizə, “sənin” rədifli qəzəllərini, Xəlifə Təbrizinin “Şəhrəngiz” əsərini, Sürurinin, Şahinin, Rəhmətinin əsərlərini tədqiqata cəlb edən müəllif sonda “Azərbaycan ədəbiyyatında alleqoriya xüsusi bir sənət yolu olaraq Füzuli dühası ilə orijinal və təkrarsız mövqeyə yetdi” yazır və şairin qəzəllərindəki simvollardan və rəmzlərdən söhbət açır. Burada tədqiqatçının professor Əkrəm Cəfərin, akademik Fuad Qasımzadənin fikirlərinə müraciət etdiyini də görürük. Füzuli yaradıcılığının həm kompozisiya-struktur, həm də təsviri, üslubi cəhətdən tədqiqata geniş meydan və səciyyəvi material verdiyini qeyd edən müəllif sonda fikrini belə yekunlaşdırır: “Hələ XVI əsrdən sonra zəmanəmizə qədər yaranan əsərlər içərisində də Füzuli təsiri, onun lirik-epik əsərlərində görünən alleqoriya ənənəsi öz davam və inkişafını tapmışdır”.

Lalə Əlizadənin Füzuliyə olan məhəbbətini alqışlayır, uğurlarını təbrik edir, ona yeni-yeni kitablar arzulayırıq.

Sona XƏYAL







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

10.01.2025 | 09:10
Bu filmin yayım tarixi açıqlandı

10.01.2025 | 09:05
"Real" qalib gəldi, "Barselona"ya rəqib oldu

10.01.2025 | 08:59
Çində korrupsiya qalmaqalı - 822 milyon rüşvət alan məmura hökm oxunacaq

10.01.2025 | 08:37
Filologiya üzrə doktorlar texnika doktorlarını üstələdi – bu, Azərbaycanda baş verir...

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031