Venesuelada “X”ə 10 günlük qadağa qoyuldu- Maduradan qərar
Venesuelanın Milli Telekommunikasiya Komissiyası ölkədə “X” (keçmiş tviter) sosial şəbəkəsinin fəaliyyətinin 10 gün müddətinə dayandırılması haqqında qərar qəbul edib. Bu barədə ölkə prezidenti Nikolas Maduro “X”dəki səhifəsində paylaşım edib.
Maduronun sözlərinə görə, ölkənin Milli Telekommunikasiya Komissiyasına platformanın fəaliyyətinə məhdudiyyət qoyulmasına dair təklifi özü göndərib. “Venesuelada qanun var, konstitusiya var, qurumlar var, dövlət var, hörmət edilməli olan insanlar var”, – o yazıb.
Mətləb Salahov