“Paris-2024”: Bu gün Azərbaycan boksçusu final görüşünə çıxacaq
Azərbaycan boksçusu Alfonso Dominqes bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal görüşünə çıxacaq. 92 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gələcək.
Bu gün, həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası və iki sərbəst güləşçisi mübarizəyə qoşulacaq. Qrup hərəkətləri komandası əvvəlcə təsnifat mərhələsində halqalar, eləcə də top və lentlə hərəkətlər üzrə qüvvəsini sınayacaq.
Sərbəst güləşçilərə gəlincə, Turan Bayramov (74 kiloqram) albaniyalı Çermen Vəliyevlə, Giorgi Meşvildişvili (125 kiloqram) isə misirli Diaeldin Əbdülmüttəliblə qarşılaşacaq. Hər iki görüş 1/8 finala təsadüf edəcək.
Mətləb Salahov