KÖHNƏ VERSİYA            

Mərkəzi Asiya dövlətlərinin Azərbaycandan başqa yolları qalmadı...

Image

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi prioritetdir. Tarixi, mədəni, dini bağlılığa malik Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dostluq mübnasibətləri səmimiyyət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. 

Müxtəlif istiqamətlər üzrə münasibətlər isə sürətlə inkiaşf edir və artıq bura “yaşıl enerji” də daxildir. Bəllidir ki, artıq “yaşıl keçid” platformasının fəal iştirakçılarından olan ölkəmiz regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin də əsas təşəbbüskarı kimi çıxış edir. Sözügedən addımlar Mərkəzi Asiyada da yaxından izlənilir və ölkəmizlə əməkdaşlıq əlaqələri qurulur. Bu sahədə əməkdaşlığın nəticəsi olaraq Azərbaycan, Qazaxıstan və Özbəkistan hələ ötən il “yaşıl enerji”nin ixracı ilə bağlı mühüm sənəd qəbul ediblər. Hər üç ölkənin müvafiq nazirliklərinin rəhbərləri¬nin görüşündə bərpaolunan enerji mən¬bələrinə fokuslanan enerji mübadiləsi, o cümlədən “yaşıl enerji”nin ixracı sahə¬sində əməkdaşlıq məsələlərini nəzərdə tutan Birgə Kommünikeyə imza atılıb. 

Astanada Mərkəzi Asiya dövlətləri energetika nazirlərinin birinci görüşündə qeyd olunan istiqamətdə əməkdaşlığın miqyası daha da genişlənib. Belə ki, Qazaxıstaın energetika naziri Almasadam Satkaliyev sözügedən müstəvidə əməkdaşlıqla bağlı mühüm açıqlamalar verib. Qeyd edib ki, Qazaxıstan Azərbaycan və Özbəkistanla yaşıl enerjinin inkişafı və nəqli sahəsində qlobal layihəni həyata keçirməyə başlayır. Nazirin sözlərinə görə, Mərkəzi Asiya ölkələri energetika resurslarının tədarükündə qlobal pozulmalar, neft və qaz qiymətlərində qeyri-sabitlik və başqa amilləri meydana gətirən çağırışlarla üzləşir. Almasadam Satkaliyev təklif irəli sürüb: “Enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün bu çağırışları qabaqcadan görmək və idarə etmək mexanizmlərini hazırlamaq, ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək lazımdır”. O, həmçinin, həmkarlarını enerji resursları üzrə ticarət imkanlarını genişləndirmək yolu ilə əməkdaşlığı gücləndirməyə, karbon neytrallığına nail olmağa və enerjinin mərhələli keçidini, habelə aşağı karbon sektorunun inkişafını təmin etməklə əlaqələri möhkəmləndirməyə çağırıb: “Bundan əlavə, Mərkəzi Asiya ölkələrində müasir enerji infrastrukturunun inkişafını stimullaşdırmaq üçün investisiyaların hərtərəfli cəlb edilməsi və enerji sənayesində birgə iri texnoloji layihələrin həyata keçirilməsi regional əməkdaşlığın inkişafında mühüm amildir”. A.Satkaliyevin sözlərinə görə, qaz sənayesində birgə layihələrin həyata keçirilməsi imkanları da geniş şəkildə araşdırılmalıdır. Xatırladaq ki, iclasda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın energetika nazirləri və Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov iştirak edib. Orxan Zeynalov bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli inkişaf edir. Nazir müavini qeyd edib ki, 2023-cü ilin avqustunda Özbəkistan prezidentinin Azərbaycana səfəri çərçivəsində enerji sektorunda əməkdaşlığın daha da dərinləşdirilməsinə dair Hökumətlərarası Saziş və iki ölkənin energetika nazirlikləri arasında “2023-2025-ci illər üçün enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb: “İmzalanmış sənədlər çərçivəsində həm neft-qaz sahəsində, həm də bərpaolunan enerji mənbələri üzrə uğurlu əməkdaşlıq davam edir. Neft məhsullarının qarşılıqlı ticarəti üçün “Turan Energy” adlı birgə müəssisə yaradılıb, neft-qaz layihələrində qarşılıqlı iştirak məsələsi də nəzərdən keçirilir”. Qazaxıstanla energetika sahəsində əməkdaşlıqdan danışan nazir müavini ötən ilin mart ayından qazax neftinin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunduğunu vurğulayıb: “Bu əməkdaşlığın müsbət dinamikası perspektivdə neftin nəqli səviyyəsini yüksəltməyə imkan verir. Enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən alternativ nəqliyyat dəhlizlərinin və marşrutlarının artan əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında birləşdirici rolunu gücləndirib, enerji dəhlizlərinin potensialının bölüşdürülməsi imkanlarını aktual edib”. Onun sözlərinə görə, “yaşıl enerji”nin Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya ixracı məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi çərçivəsində yaxşı dinamika və tərəqqi var: “Tərəflər layihənin həyata keçirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması üzrə Texniki Tapşırığı təsdiq ediblər. Birgə işçi qrupu Bakıda tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın CESI konsaltinq şirkəti seçilib”.

Nazir müavini qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və nəqli sahəsində strateji tərəfdaşlıq haqqında saziş layihəsinin mətni də razılaşdırılıb, onun yüksək səviyyədə imzalanması, şübhəsiz ki, layihənin uğurla həyata keçirilməsinə kömək edəcək: “Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri yaşıl enerjinin Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır. Bu dəhlizlərə çıxış Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi resurslarının ixracı üçün bazarların şaxələndirilməsini təmin edə bilər”. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bunlar fonunda 

Azərbaycanla Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəh¬lizin imkanlarının daha da inkişaf etdiril¬məsi və möhkəmləndirilməsi məqsədilə bərpaolunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa xüsusi diqqət olunur.  Azərbay-canın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının koordinasiyası və sinxronlaşdırılması təşəbbüsü, enerji sistemlərinin davamlı birləşdirilməsi potensialı, həmçinin təmiz elektrik enerjisinin, tərəflərin qarşılıqlı maraqlarına uyğun olaraq, o cümlədən üçüncü ölkələrin bazarlarına tədarükü və mübadiləsi səyləri Mərkəzi Asiyada alqışlanır. Bundan əlavə, Xəzər – Qara dəniz – Avropa ixrac dəhlizinin birgə layihəsinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən həyata keçirilmə¬sini nəzərə alaraq, Naxçıvan – Türkiyə – Avropa enerji dəhlizinin perspektivləri Mərkəzi Asiyada xüsusi maraq doğurur. Bu istiqamətdə ölkəmizlə əməkdaşlıq daha da genişləndirilir. 

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

SON XƏBƏRLƏR

08.09.2024 | 20:43
Rusiyanı özündən çıxaracaq xəbər yayıldı - Paşinyan Kiyevə silah göndərməyə başladı...

08.09.2024 | 18:26
Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...

08.09.2024 | 17:33
Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...

08.09.2024 | 17:00
İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi - xəbərlər təsdiqlənsə...

08.09.2024 | 11:33
Göygöldə 3 bal gücündə zəlzələ oldu...

08.09.2024 | 10:43
Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...

08.09.2024 | 09:30
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

07.09.2024 | 23:47
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

07.09.2024 | 20:16
Rusiya raket hücumu təhlükəsinə qarşı qırıcılarını Ukrayna sərhədindən azı 300 km geriyə çəkdi...

07.09.2024 | 19:15
Makronun təyinatı Fransanı ayağa qaldırdı - ölkəni etiraz aksiyaları bürüdü...

07.09.2024 | 18:56
Rusiya Ermənistanın imzasını geri götüzdürdü - Ukraynadakı cinayətlər...

07.09.2024 | 18:35
Vilayət Eyvazov TDT dövlətlərinin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib - FOTO

07.09.2024 | 18:08
Ağdam və Bakıda maşın qaçıranlar tutuldu...

07.09.2024 | 17:51
İran vətəndaşına narkokuryerlik edən Ağcabədi sakini saxlandı...

07.09.2024 | 17:36
İtaliyadan Rusiyaya silah göndərən İrana təhdid kimi xəbərdarlıq - gərginliyi artırmayın...

07.09.2024 | 17:01
Bazar " Hundai"nin bu hissələrinin saxta variantları ilə doludu....

07.09.2024 | 16:52
Erməni məktəblərində rus dili siyahıdan silindi...

07.09.2024 | 16:31
Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

07.09.2024 | 15:27
Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

07.09.2024 | 14:48
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib - FOTO

07.09.2024 | 13:55
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

07.09.2024 | 13:18
Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi - FOTO

07.09.2024 | 13:14
Kapadokiya – Türkiyənin nağıl dünyası,tarixi incisi...

07.09.2024 | 13:00
Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

07.09.2024 | 12:53
İran səfiri Zəngəzur dəhlizinə "heç vaxt real olmayacaq xəyal" dedi - həm də ermənilərin yanında...

07.09.2024 | 12:30
Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

07.09.2024 | 11:58
Prezident İlham Əliyev Braziliya liderini təbrik edib

07.09.2024 | 11:34
Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddə xidmət edən hərbçilərlə görüşüblər - FOTO

07.09.2024 | 11:00
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib

07.09.2024 | 11:00
Antoni Blinken Andriy Sibiqaya zəng edib

07.09.2024 | 10:30
Məsud Pezeşkian Rusiyaya səfər edəcək

07.09.2024 | 10:15
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı...

07.09.2024 | 10:06
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

07.09.2024 | 10:00
Co Bayden Kir Tarmet ilə gələn həftə görüşəcək

07.09.2024 | 09:31
Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır - bəs biz?

07.09.2024 | 09:30
Bakıda 5 otaqlı ev yanıb

07.09.2024 | 09:16
Millətlər Liqası: kim uddu, kim uduzdu?

07.09.2024 | 09:10
Daha 27 ailə Şuşaya köçürülüb

07.09.2024 | 09:07
Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

07.09.2024 | 08:43
Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək - azərbaycanlılar təlaşlanıb...

06.09.2024 | 23:49
Şuşada 32 ildən sonra ilk toy mərasimi... - FOTO

06.09.2024 | 23:42
Qarımış hay xislətinin “erməni” arzusu...

06.09.2024 | 21:56
Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

06.09.2024 | 21:18
Erməni müxalifəti də keşişdən imtina edir - Paşinyana qarşı yeni cəbhə qurulur...

06.09.2024 | 21:03
Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

06.09.2024 | 20:50
QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

06.09.2024 | 20:34
Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

06.09.2024 | 20:28
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü ilə bağlı VİDEOÇARX...

06.09.2024 | 20:20
İran-Rusiya əhatəli müqaviləsi pozula bilər - Zəngəzur dəhlizi vəziyyəti gərginləşdirdi...

06.09.2024 | 20:06
Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

06.09.2024 | 19:52
Rusiya “Azərbaycan-Ermənistan balanslı saziş” ideyasını gündəmə gətirdi...

06.09.2024 | 19:38
Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

06.09.2024 | 19:25
Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

06.09.2024 | 19:12
Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

06.09.2024 | 18:58
İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

06.09.2024 | 18:44
Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

06.09.2024 | 18:30
Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu - 130 milyon...

06.09.2024 | 18:15
Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

06.09.2024 | 18:06
Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

06.09.2024 | 17:52
Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı - Zaxarova hələ ümidlidir...

06.09.2024 | 17:50
Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

06.09.2024 | 17:46
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sentyabrın 10-da ödəniləcək

06.09.2024 | 17:40
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliyaya səfərinin ikinci gününə həsr olunmuş videoçarx yayımlanıb - VİDEO

06.09.2024 | 17:38
Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

06.09.2024 | 17:33
"Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir" - Prezident İlham Əliyev

06.09.2024 | 17:25
Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

06.09.2024 | 17:12
Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

06.09.2024 | 17:00
Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...

06.09.2024 | 16:43
BTQ Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı beynəlxalq qurumlara müraciət etdi...

06.09.2024 | 16:30
"AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək" - Prezident

06.09.2024 | 16:20
Trampın 7 ölkəni F-35 proqramından çıxarmaq planı – onlarla müharibə vəziyyətində olsaq, nə edəcəyik?..

06.09.2024 | 16:10
Dövlət Agentliyi dərsliklərlə bağlı valideynlərə müraciət etdi...

06.09.2024 | 15:58
ABŞ-dan İsrailə xəbərdarlıq - təyyarə gəmilərimiz sizi İrandan əbədi qoruya bilməyəcək...

06.09.2024 | 15:48
Prezident İlham Əliyev: "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"

06.09.2024 | 15:42
COP29 çərçivəsində Liderlər Sammiti keçiriləcək

06.09.2024 | 15:33
Rusiyalı iki oliqarx Britaniyanın ən böyük neft şirkətinin səhmlərinin 15 faizini aldı...

06.09.2024 | 15:10
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində Çernobbio forumunda iştirakla bağlı videoçarx paylaşılıb - VİDEO

06.09.2024 | 15:08
Bakıda satışa çıxarılan məşhur məktəbin binası 2.4 milyon manat ucuzlaşdı...

06.09.2024 | 15:05
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb - FOTO

06.09.2024 | 14:36
Naxçıvan Səfərbərlik ...Xidmətinin sabiq rəisinin həbs müddəti uzadıldı

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30