KÖHNƏ VERSİYA            

Zəngəzur dəhlizində qarşıdurma - İranla Ermənistan üz-üzə gələ bilər... ABŞ ssenarisi...

Image

Ermənistan regional nəqliyyat xətlərinin açılması müddəasının Azərbaycanla sülh sazişi layihəsindən qarşılıqlı razılıq əsasında çıxarıldığını təsdiqləyib. Məsələ ilə bağlı açıqlama verən Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bidirib: 

“Qeyd etməliyik ki, nəqliyyat xətlərinin effektiv açılması regionda sülh və iqtisadi inkişafdan ötrü vacib elementdir, bu, Ermənistan Respublikasının irəli sürdüyü gündəlikdə əks olunub. Bu məqam Ermənistan hökumətinin Sülh Qovşağı proqramında çox yaxşı əksini tapıb. Proqram suverenlik və yurisdiksiya, eləcə də qarşılıqlılıq və bərabərliyə sayqı prinsiplərinə əsaslanır”.

Bu açıqlamadan öncə Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə təmsilçisi Elçin Əmirbəyov bildirmişdi ki, Bakı və İrəvan Azərbaycanı eksklavı Naxçıvanla birləşdirən marşrut üzrə qarşılıqlı məqbul variant tapıblar. Bakı Ermənistanın cənubundakı Zəngəzur vilayətindən keçməsi nəzərdə tutulan bu marşrutun açılması məsələsini sülh müqaviləsinin mətnindən çıxarmağa razılaşıb: “Qarşılıqlı razılaşma ilə biz sülh sazişindən bir abzası çıxarmaq və ona daha sonrakı mərhələlərdə qayıtmaq qərarına gəldik. Mən sülh sazişinin yekunlaşdırılması işini daha da çətinləşdirmək istəmirəm. Ona görə də biz onu mətndən çıxarmağa qərar verdik”.  E.Əmirbəyov onu da deyib ki, sülh sazişi imzalanandan sonra hər iki ölkənin nümayəndə heyətləri Azərbaycanın böyük hissəsi ilə Naxçıvan arasında kommunikasiya xətlərinin yenidən açılması üçün qarşılıqlı məqbul formulun tapılmasından ötrü müzakirələri bərpa edə bilərlər. Bu isə o deməkdir ki, Zəngəzur dəhlzinin açılması məsələsi gündəmdə qalır. Lakin bu mövzuya sülh müqaviləsi imzalanandan sonra qayıdılacaq.  Burada onu da xatırladaq ki, rəsmi İrəvan uzun müddət dəhliz termininə qarşı çıxıb, təkidlə bildirib ki, hər iki ölkə öz ərazilərindən keçən nəqliyyat xətləri üzərində yurisdiksiyanı saxlamalıdır. Ermənistan onu da bildirib ki, nəqliyyat xətlərinin yenidən açılması daha geniş regional kontekstdə baş verməli, Ermənistanın Naxçıvan ərazisindən İrana dəmiryolu əlaqəsi, Türkiyə ilə sərhədi açılmalıdır. Azərbaycan buna qarşı deyil. Amma o şərtlə ki, ölkənin əsas hissəsindən Naxçıvana və əksinə hərəkət edən Azərbaycan sakinləri, daşınan yüklər heç bir halda Zəngəzur dəhlizində yoxlmaya məruz qala bilməzlər. Hələlik isə Zəngəzur dəhlizi məsələsində itirən Ermənistan oldu. Ermənilər bu dəhliz vasitəsilə regional layihələrə qoşula bilərdi. Amma hələlik özlərini bundan məhrum edirlər. Ekspertlər bildirir ki, Azərbaycan istənilən halda Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu xüsusda bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsindən qarşılıqlı razılaşma əsasında regional kommunikasiyalara dair maddənin çıxarılması digər amillərlə bağlıdır. Çünki sülh müqaviləsi dedikdə ilkin sənəd nəzərdə tutulur. Burada prinsiplər öz əskini tapacaq. O,  açıqlamasında qeyd edib ki, sülh müqaviləsindən kommunikasiya xəttlərinin çıxarılması sonrakı mərhələdə aparılacaq danışıqlar formatında həllini tapacaq: “Bu məsələyə aid Azərbaycan və Ermənistan tərəfindən xüsusi bir komissiya formalaşıb. Hər iki tərəfdən baş nazirlərin müavinləri bu istiqamətdə danışıqları bir neçə raundda aparıb. Bu danışıqlarda Rusiyanın baş nazirinin müavini də iştirak edir”. Sabiq nazir hesab edir ki, bu məsələdə hər hansı bir problem yoxdur: “Sadəcə olaraq tərəflər hansısa mövzulara dair razılıq etmək mümkün olmadığı halda onu ilkin sənəddən çıxarıblar. Kommunikasiyaların bərpa edilməsi məsələsi isə daxildədir. Bu, həmçinin Zəngəzur dəhlizi ilə bağlı olan məsələyə aiddir”. Tofiq Zülfüqarova görə, kommunikasiya ilə bağlı məsələlər hələlik hazırlıq məhələsinə çatmayıb: “Praktiki baxımdan bəzi mövzular ilkin razılaşmadan kənarlaşdırılır. Bu o demək deyil ki, həmin məsələlər həll olunmayacaq. Həmin mövzulara aid danışıqlar digər formatlarda davam etdiriləcək”.

Qeyd edək ki, dəhlzin açılması tələbini ABŞ və Avropa da Ermənistandan tələb edir. Bu günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Senatda “Avropanın Gələcəyi” mövzusunda keçirilən dinləmələr zamanı səsləndirdiyi fikirlər Ermənistanda şok effekti yaradıb. Xatırladaq ki, O'Brayn çıxışı zamanı zəngin Orta Asiya ölkələrinin dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanına toxunub: “Azərbaycan və Ermənistan ərazisindən marşrutun açılmasnı təmin edə bilsək, Orta Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən daha az asılı olacaqlar”. məsələnin bu tərəfini şərh edən erməni politoloq Arman Abovyan qeyd edir ki, ABŞ Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edəcək. Onun sözlərinə görə, bu,  İran tərəfindən düşmənçilik kimi qəbul ediləcək: “İrandan gələcək mümkün təhlükələrə baxmayaraq, İrəvan Tehrana əks tərəfdə dayanmaqda davam edir. İran ətrafında vəziyyət getdikcə pisləşir. Fransa müharibə ehtimalını nəzərə alaraq öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Amerikalılar əlavə qüvvələri İranla sərhədə yaxınlaşdırır. İsrail İranla hərbi eskalasiya üçün kütləvi hazırlığa başlayıb. Bölgə qaynayır, prinsipcə HƏMAS lideri İsmayıl Haniyənin Tehranda İsrail raketi ilə öldürülməsindən sonra bu, gözlənilməli idi. İranlılar üçün vəziyyət dalana dirənib, çünki onlara İsrailə cavab verməkdən başqa seçim buraxmadılar. Vəziyyət regional müharibə həddinə çatsa, o zaman Paşinyan hakimiyyətinin bütün addımları iranlılar tərəfindən məhz müharibə məntiqində qəbul olunacaq. Yəni Zəngəzur dəhlizinin Qərbin təkidi ilə açılması, Ermənistanın cənubunun amerikalılar, ingilislər və ya avropalılara verilməsinə dair razılaşma Ermənistanı İran sərhədi üzərindəki suverenliyindən məhrum etməklə yanaşı, iranlılar tərəfindən hərbi məntiqə uyğun olaraq düşmənçilik aktı kimi qiymətləndiriləcək. Bəs Paşinyan bunun mümkün nəticələrini hesablayıb? Əminəm ki, belə deyil. Çünki uzun müddətdir sırf İranın rəqiblərinin maraqlarına uyğun oynayırlar. Bunun nəticəsini təsəvvür etmək belə qorxuludur”. Bunlar fonunda Azərbaycan üçün hazırda ən önəmli məsələ qonşu ölkənin konstitusiyasının dəyişdirilməsidir. Azərbaycan Ermənistandan tələb edir ki, sülh sazişinin imzalanmasından ötrü öz konstitusiyasındakı Qarabağla “təkrar birləşmə” çağırışını ləğv etsin. Həmçinin tərəflər Minsk qrupundan da imtina etməlidir.  

Nahid SALAYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

SON XƏBƏRLƏR

17.09.2024 | 12:00
Məsud Pezeşkian Nyu-Yorka səfər edəcək

17.09.2024 | 11:30
Türkiyəli aktyor bu serialın hər bölümü üçün 3,5 milyon qazanacaq...

17.09.2024 | 11:20
Makrona ŞOK - sabah impiçmenti müzakirəyə çıxarılacaq

17.09.2024 | 11:15
Fiziki xidmətlərin 15 faizi rəqəmsal formaya keçəcək- rəsmi açıqlama

17.09.2024 | 11:06
Naxçıvanda hərracda satılan əmlakların sayı açıqlandı

17.09.2024 | 11:00
"Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir" - Azərbaycan QHT-ləri

17.09.2024 | 10:30
"Ən böyük risk Ukraynada Putinin qələbəsi olacaq" - Stoltenberqdən ETİRAF

17.09.2024 | 10:20
Bu ölkədə qasırğada ölənlərin sayı 220 nəfəri ötdü

17.09.2024 | 10:16
Türkiyədə 2 təhlükəli terrorçu öldürülüb - nazir sosial şəbəkə hesabında açıqladı

17.09.2024 | 10:06
Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib - SƏBƏB?

17.09.2024 | 10:00
II Bakı Təhlükəsizlik Forumu keçirilib

17.09.2024 | 09:30
Sabunçunun bu ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

17.09.2024 | 09:25
Xarici ticarətimizdə profisit 13-dən 4 milyard dollara düşüb - 3 ildir niyə belə olur?...

17.09.2024 | 09:15
Antoni Blinken Misir yolçusudur

17.09.2024 | 09:14
Yer kürəsində güclü maqnit qasırğası başlayıb- XƏBƏRDARLIQ

17.09.2024 | 09:10
Sabunçuda 2 avtomobil toqquşub

17.09.2024 | 09:06
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıdadır

17.09.2024 | 09:00
Tramp Bayden və Harrisi "topa tutdu" - sui-qəsdə görə onlar günahkardır!

17.09.2024 | 08:46
“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

17.09.2024 | 08:42
Bu xəstəxanalarda direktor müavini işləmək istəyənlər yoxdur?..

17.09.2024 | 00:49
ABŞ 60-dan çox Gürcüstan rəsmisinə və onların ailə üzvlərinə sanksiya tətbiq etdi...

17.09.2024 | 00:06
ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının görüş imkanını nəzərdən keçirir - Dövlət Departamenti açıqladı

16.09.2024 | 21:14
Ermənilər "slavyan sivilizasiyasının da baniləri" imişlər... Yeni iddia

16.09.2024 | 20:58
Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

16.09.2024 | 20:43
Mərkəzi Asiyaya qlobal maraq artır - regiona giriş qapısı Azərbaycandır...

16.09.2024 | 20:29
Pezeşkiyan Kürdüstanda Türkiyə və İsrailə qarşı çoxsaylı gediş etdi...

16.09.2024 | 20:14
Rusiya "Zəngəzur dəhlizi"ndə Azərbaycan əleyhinə oynamağa başladı...

16.09.2024 | 20:10
MSK seçkilərlə bağlı yekun sənədləri Konstitusiya Məhkəməsinə təqdim etdi

16.09.2024 | 20:00
"Müəllimlərin yerdəyişmə biznesi" - Azərbaycanda yeni növ biznes iddiaları…

16.09.2024 | 19:47
İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - İnanılmaz fenomen...

16.09.2024 | 19:34
Ermənistan Fransa ilə daha bir hərbi müqavilə imzaladı...

16.09.2024 | 19:20
Muğanlı məktəbliləri yeni tədris ilinə təzə binada başladılar

16.09.2024 | 19:12
Hərtərəfli inkişaf etmiş nəslin yetişdirilməsi Azərbaycanın prioritetidir

16.09.2024 | 19:00
Elzaya qarşı "şeirdə gizli pornoqrafiya" ittihamları - AYB müdaxilə edəcəkmi...

16.09.2024 | 18:53
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirildi - FOTO/VİDEO

16.09.2024 | 18:46
Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

16.09.2024 | 18:40
"Azərbaycanın səyləri nəticəsində bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb" - Prezident İlham Əliyev

16.09.2024 | 18:37
ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

16.09.2024 | 18:33
İsveçdən Azərbaycana neçə miqrant qayıdacaq? – Özləri ilə 10 minlərlə avro gətirə bilərlər...

16.09.2024 | 18:30
Paşinyan: "Cənubi Qafqazda münaqişələrə son qoymaq üçün tarixi imkanımız var"

16.09.2024 | 18:20
20 milyon manat Nəcməddin Sadıqova necə verilib? - Əsaslı ittihamlara cavab verilmir...

16.09.2024 | 18:07
Evlənməkdən imtina edən gənclərimizin sayı artır - demoqrafik həyəcan...

16.09.2024 | 17:52
İngilis kəşfiyyatının şefi amerikalı həmkarı ilə görüşdən sonra Bakıya niyə gəlmişdi...

16.09.2024 | 17:39
“Musiqi həyatımın hamısı deməkdir”... - Gənc istedad Ayşə Məmmədova

16.09.2024 | 17:25
Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

16.09.2024 | 17:19
Tokayev Almaniya kanslerinə Rusiyanın hərbi cəhətdən yenilməz olduğunu dedi...

16.09.2024 | 17:10
Xaricdə işə düzəltmə vədi ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən “Tempo Trips” və “365 Tourism" MMC-yə işi açıldı

16.09.2024 | 16:47
BMU-da yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib

16.09.2024 | 16:38
DİN-in maarifləndirmə işləri müsbət nəticəsini verir - kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma var...

16.09.2024 | 16:19
Şamaxda Heydər Əliyev Fondunun inşa etdiyi 460 şagird yerlik yeni məktəb binası istifadəyə verildi

16.09.2024 | 16:10
Formula 1 həftəsindən sonra Bakının bütün yolları tam açıldı

16.09.2024 | 16:06
Sevgisi Vətən olan şəhid Aqil doğum günündə anıldı... - FOTO

16.09.2024 | 15:56
Birinci vitse-prezident Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram" - VİDEO

16.09.2024 | 15:54
Trampın qətlinə cəhd edən şəxsin Ukrayna ilə əlaqəsi olduğu iddia edildi - Kremldən də açıqlama gəldi...

16.09.2024 | 15:40
İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər yaxalandı - VİDEO

16.09.2024 | 15:16
İlon Maskdan haqlı sual - Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?..

16.09.2024 | 14:46
Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi

16.09.2024 | 14:30
Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirildi

16.09.2024 | 13:52
Milli Məclisə seçkilərə yekun vuruldu

16.09.2024 | 13:38
Parlamentdə 11 siyasi partiya təmsil olunacaq...

16.09.2024 | 13:23
Bu il İİV-ə yoluxlardan 52 nəfər narkotik istifadəçisi olub

16.09.2024 | 13:14
Nöqsanlara görə 35 məntəqə seçki komissiyası buraxıldı

16.09.2024 | 13:03
Оверчук лично разоблачил русско - армянский спектакль - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.09.2024 | 12:47
32 ildən sonra Şuşada ilk dərs günü... - FOTO

16.09.2024 | 12:23
"Aztelekom" internetdən imtina edənləri cərimələyir? - RƏSMİ AÇIQLAMA

16.09.2024 | 12:20
Qərbin İrəvanı silahlandırmasında əsas məqsəd...

16.09.2024 | 12:13
Mir Cəlalın “Nizami Gəncəvi dünyası” kitabının təqdimat mərasimi olub

16.09.2024 | 12:08
Xocalıda 32 ildən sonra ilk zəng çalındı - FOTO

16.09.2024 | 12:00
Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin bu addımını pislədi

16.09.2024 | 11:53
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib...

16.09.2024 | 11:51
Azərbaycan şəhidlərini Vikipediyadan kim(lər) çıxarıb? Elyar İslamoğlu ilə geniş müzakirə... - CANLI

16.09.2024 | 11:30
Qusarda yük avtomobili dərəyə aşıb, sürücü ölüb

16.09.2024 | 11:20
Kiberhücumların sayında kəskin artım var - Dövlət Xidməti məlumat yaydı

16.09.2024 | 11:18
Vardanyanın Ağdərədə biznesindən eksklüziv görüntülər yayıldı

16.09.2024 | 11:18
Bakıda 23 yaşında 22 min dollarlıq dələduzluq edən şəxs yaxalanıb...

16.09.2024 | 11:15
Yeni tədris ilində Naxçıvanda birinci sinfə gedən şagirdlərin sayı açıqlandı

16.09.2024 | 11:06
Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub

16.09.2024 | 11:00
Makron dayanmır - Fransa Ermənistana daha 29 milyon avro ayıracaq!

16.09.2024 | 10:30
Türkiyəli məşhur aktyor evləndi

16.09.2024 | 10:18
Ukrayna Belqoroda hücum edib, 8 nəfər yaralanıb

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30