KÖHNƏ VERSİYA            

Türkiyənin Şanxay təşkilatına üzvlüyü ciddi problemlərlə üzləşə bilər - anons var...

Image

Elşən Manafov: “Türkiyənin NATO-da təmsilçiliyi ŞƏT-də ona olan ehtiyatlı davranışın əsas səbəblərindəndir”

Kremlin sözçüsü Peskov Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istədiyini, lakin NATO üzvü Türkiyənin fundamental məsələlərdə tutduğu mövqe ilə bağlı bəzi ziddiyyətlərin olduğunu bildirib. 

Jurnalistlərə açıqlama verən Peskov Türkiyənin həqiqətən ŞƏT-ə üzv olmaq istədiyini bildiklərini deyib: “Türkiyənin NATO üzvü kimi əsas öhdəlikləri və mövqeyi ilə ŞƏT-in əsas sənədlərində yer alan dünyagörüşü arasında bəzi ziddiyyətlər var. Bununla bağlı müzakirə edilməli bəzi məsələlər var.

Türkiyənin ŞƏT-ə üzv olma tarixi ilə bağlı sualı cavablandıran sözçü deyib ki, bir çox dövlətlər ŞƏT-ə üzv olmaqda maraqlıdır, bu məsələ daim gündəmdədir. Lakin hələlik bununla bağlı dəqiq tarix yoxdur.

Qeyd edək ki, bundan əvvəl Prezident Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istədiyini deyib. "Məqsədimiz orada müşahidəçi deyil, daimi üzv olmaqdır. Türkiyə artıq “Şanxay beşliyi”nə daimi üzv kimi qoşulmalıdır" – deyə Ərdoğan bildirib.

Maraqlıdır, ümumilikdə, Türkiyənin ŞƏT-ə üzv olmasıma mane olan nədir?

“Bu ölkənin Mərkəzi Asiya ölkələrinə nüfuz imkanlarının artmasına da münasibət birmənalı deyil” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Müasir dünya nizamının durumu ilə baglı məsələlərə münasibətdə NATO və ŞƏT-in baxışlarında ciddi fərqlər var. NATO-nun birqütblü dünya nizamı ilə bağlı doktrinası ŞƏT-də təmsil olunan dövlətlər tərəfindən qəbul olunmur və bu da anlaşılandır. Kollektiv Qərbi müdafiə məqsədilə təşkil olunmuş NATO-nun onu və "azad dünyanı" SSRİ-nin kommunizm ideoloğiyasının ixracatından qorumaq məqsədi ilə təşkil olunduğu bildirilsə də, “soyuq müharibə”nin başa çatmasından sonra NATO-nun Rusiya ilə razılaşmaların əleyhinə olaraq Şərqə doğru genişlənməkdə davam etməsi Şimal alyansının Qərbin neomüstəmləkə siyasətinin müdafiəçisi olduğunu, yeni yaranmış dövlətlərin Qərbin nüfuz dairəsində qalmasının geosiyasi anlamda təmin olunması üçün hərbi-siyasi blok kimi varlığını qabarıq şəkildə ortaya qoymuş olub. NATO Qərbdə bəlli dairələrin ixtiyarında beynəlxalq terrorizmə qarşı mübarizə kampaniyası altında məhz ŞƏT-nin fəqərə sütunu olan Rusiya, Çin və İrana qarşı geosiyasi mübarizənin davam etdirilməsi üçün müstəqil dövlətlərin suverenliyini təhdid edən buzqıran rolunda çıxış edir. Rusiyanı postsovet məkanında hərbi-siyasi anlamda təzyiq altında saxlamaq, Çinin iqtisadi inkişafının qarşısını almaq üçün Tayvana dəstək, İranı nüvə çalışmalarından çəkindirmək üçün alət olaraq istifadə edilir. NATO-dan fərqli olaraq, ŞƏT çoxqütblü dünya nizamının tərəfdarı, ədalət prinsipləri ilə idarə olunan dünyanın tərəfdarıdır. Qərbin idarə olunan xaos nəzəriyyəsinin əleyhinədir. Türkiyə iqtidarının ŞƏT, ardınca BRİKS-ə olan marağı, bu beynəlxalq təşkilatların tamhüquqlu üzvi olmaq üçün sərgilədiyi mövqe onun NATO üzrə müttəfiqlərinə əvvəlki etimadının tədricən zəifləməsinin göstəricisidir. Həmçinin, bəlli təşkilatların dünyanın gələcək nizamının müəyyən edilməsində getdikcə artmaqda olan imkanlarına olan marağının göstəricisidir. Zamanında Türkiyənin NATO-ya sığınmasına səbəb olan geosiyasi amillər bu gün faktiki olaraq yoxdur. Əksinə, NATO üzrə müttəfiqləri Türkiyəni təhdid edir, ona etimad göstərmirlər. NATO üzvi olan dövlətlərin əksəriyyəti Türkiyəni əsassız olaraq 1915-ci ilin soyqırım hadisələrində təqsirli bilib. Onun Avropa Birliyinə üzvlük xahişinə biganə qalıblar. Türkiyənin NATO üzvü olan Fransa və Yunanıstan ilə münasibətləri daha çox mehriban düşmənçiliyi xatirladir. NATO-nun aparıcı dövləti olan ABŞ-ın Böyük Kürdistan layihəsinin Türkiyənin əleyhinə olması, habelə Türkiyəni terrorla təhdid edən PKK-nı maliyyələşdirməsi bəllidir. Ərdoğanın devrilməsi üçün ABŞ-ın 2016-cı ildə nurçularla işbirliyində olması, bu ölkədəki prezident seçkilərində Ərdoğana müxalif qüvvələrə siyasi və maliyyə dəstəyi verdiyi bəllidir. Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsinə görə Ərdoğan iqtidarına ABŞ-ın təzyiqlər etdiyi, onu Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırdığı bəllidir. Bütün bunlarla yanaşı, rəsmi Ankaranın bəlli təşkilatlara münasibətdə ikili mövqeyi, çox güman ki, Moskva və Pekini qane etmir. Türkiyənin adıçəkilən təşkilatlarla əməkdaşlığı, onun Mərkəzi Asiya ölkələrinə nüfuz imkanlarının artmasına da münasibət birmənalı deyil. ŞƏT-də Rusiya və Çinin Türkiyənin Mərkəzi və Cənub-Şərqi Asiyaya nüfuz imkanlarının artmasına Qərbin təsir dairəsini genişləndirə biləcəyi ilə bağlı amillər konteksindən də yanaşırlar. Türkiyənin NATO-da təmsilçiliyi ŞƏT-də ona olan ehtiyatlı davranışın əsas səbəblərindəndir. İstisna deyil ki, ŞƏT və BRİKS-də geosiyasi anlamda Türkiyədən seçimlə bağlı məsələlərə aydınlığın gətirilməsi tələbləri qoyula bilər. Ankara və NATO arasındakı münasibətlərdə mehriban düşmənçilik Ərdoğanın perspektivdə qəbul edəcəyi qərara həlledici təsir göstərəcək faktorlardan biri olacaq”.

Vidadi ORDAHALLI







VİDEO

“Qərbi Zəngəzur Azərbaycana qaytarılmalıdır” - Erməni ekspertdən şok açıqlamalar... - VİDEO

ABŞ Zəngəzura yerləşir - İranın müəmmalı sükutu... - VİDEO

İsrail-Türkiyə-Pakistan bucağında münasibətlər kəskinləşir - hər 3-ü Azərbaycanın dostudur... - VİDEO

99-cu dairədə nə baş verir - alternativlərin bir çoxu Fatma Yıldırıma qarşı...

“Youtube"-da pulsuz debata hələlik üç namizəd razılıq verib - Anar Əliyev, Çingiz Şahbazi və Zöhrab Məmmədov...

Azərbaycan BRİKS-in adını dəyişdirəcək. ...BRİKSA...

SON XƏBƏRLƏR

21.08.2024 | 08:38
Şəxsi məktəb saxlayan məmurlar orta məktəblər sisteminə ziyanlı ayrıseçkilik saldı - 2 sentyabr qərarı...

20.08.2024 | 22:30
Lukaşenko Paşinyanın siyasətini sərt tənqid etdi – Ermənilər bizdən başqa kimə lazımdır?..

20.08.2024 | 21:11
ABŞ ATƏT-in Minsk Qrupuna münasibətini dəyişdi - Ermənistan bunu da uduzur...

20.08.2024 | 20:55
Lavrov hələ Paşinyana belə hücum etməmişdi...

20.08.2024 | 20:39
99-cu dairədə nə baş verir - alternativlərin bir çoxu Fatma Yıldırıma qarşı...

20.08.2024 | 20:26
Lazımsızlıq sindromu- YUNUS OĞUZ yazır

20.08.2024 | 20:18
“Youtube"-da pulsuz debata hələlik üç namizəd razılıq verib - Anar Əliyev, Çingiz Şahbazi və Zöhrab Məmmədov...

20.08.2024 | 20:03
Hərbi qeydiyyata düşmək istəməyən miqrantlara Rusiyada yer yoxdur...

20.08.2024 | 19:49
Kreml Azərbaycanla bağlı bunu təsdiqlədi - Qafqazın söz sahibi...

20.08.2024 | 19:35
İran-Ermənistan münasibətlərində hələ belə kritik durum olmamışdı...

20.08.2024 | 19:19
Azərbaycan Rusiyanın Cənubi Qafqaz siyasətini tam dəyişdirdi...

20.08.2024 | 19:05
“300 min rus Azərbaycandan qovuldu” - Putin Bakıda ikən Rusiyadan Azərbaycana böhtan...

20.08.2024 | 18:49
İran Zəngəzurda ABŞ bazasına çox "dişsiz" bir reaksiya verdi...

20.08.2024 | 18:35
Sentyabrdan sonra Qafqazda sabitliyin yeni şərtini İlham Əliyev açdı...

20.08.2024 | 18:22
Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmən müraciət etdi...

20.08.2024 | 18:15
Azərbaycan BRİKS-in adını dəyişdirəcək. ...BRİKSA...

20.08.2024 | 18:14
Əhliman Əmiraslanov Sabirabad kəndlərində seçicilərlə daha bir uğurlu görüş keçirdi - FOTO

20.08.2024 | 18:04
Gənclərin inkişafı üçün idman infrastrukturlarından tam istifadə olunurmu?..

20.08.2024 | 17:59
Cavanşir Feyziyev seçiciləri ilə görüş keçirdi

20.08.2024 | 17:51
Yer üzünün dərdini çəkən şair... - FOTO

20.08.2024 | 17:45
AZAL-dan Naxçıvan aeroportundakı vəziyyətlə bağlı açıqlama - əlavə təyyarələr göndərilir...

20.08.2024 | 17:41
Əliyev-Putin görüşündən Şimal-Cənub dəhlizi ölkələrinə mesaj verildi...

20.08.2024 | 17:32
Parisə yola düşəcək parataekvondoçularımızla görüş keçirilib

20.08.2024 | 17:29
24800 nəfər şəxsə yeni pensiya təyin olundu

20.08.2024 | 17:25
“Azərişıq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir

20.08.2024 | 17:10
Rusiya erməni diasporu Putinin Bakı səfərindən bərk əsəbiləşib...

20.08.2024 | 16:53
Lənkəranın süni şəkildə yaradılan problemləri...

20.08.2024 | 16:42
Rusiya XİN-dən Türkiyəyə çağırış - Ukraynaya silah verməyin...

20.08.2024 | 16:36
Təbriklər, dəyərli Rəşad müəllim!

20.08.2024 | 16:27
Lavrov son nöqtəni qoydu – Kurska hücumdan sonra danışıqlardan söhbət gedə bilməz...

20.08.2024 | 16:15
Zurabişvili Gürcüstan hökumətini Rusiyaya qarşı ikinci cəbhəni açmağa çağırdı - Müharibə başlayandan 2-3 gün sonra...

20.08.2024 | 15:58
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin şikayəti rədd edildi...

20.08.2024 | 15:45
"Formula-1"-ə görə paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır

20.08.2024 | 15:28
Silsilə oğurluqlar edən Füzuli sakini yaxalandı...

20.08.2024 | 15:11
“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub - FOTO

20.08.2024 | 14:36
7 kq narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı

20.08.2024 | 14:16
Ermənilər mina tələləri daha çox Xankəndidə quraşdırıblar...

20.08.2024 | 14:06
Şəhidlərimizin əziz xatirəsinə həsr olunan növbəti Quran mərasimi təşkil olunub

20.08.2024 | 13:49
HƏMAS dirənir - ABŞ-ın yenilənmiş təklifini qəbul etmirik...

20.08.2024 | 13:34
Ermənilər işğal illərində 10 yaxın kənd qəbiristanlığını minalayıblar...

20.08.2024 | 13:20
Ermənistan İranla sərhədimizi də işğal zamanı minalayıb

20.08.2024 | 13:05
Армянский фашизм в исполнении Трухачева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.08.2024 | 12:56
İnternet benzinlə işləmir "cənablar"!

20.08.2024 | 12:30
Azad ərazilərin təxminən beşdəbiri mina və partlamamış sursatlarla yüksək səviyyədə çirklənib

20.08.2024 | 12:17
Ermənilər 300-dən çox yeraltı su kəhrizini də minalayıblar...

20.08.2024 | 12:02
“Qarabağ” bu gün səfərdə "Dinamo" ilə qarşılaşacaq

20.08.2024 | 12:00
Şimali Koreya əsgəri Cənubi Koreyaya qaçıb - GƏRGİNLİK

20.08.2024 | 11:47
Sarkisyan ailəsinin yediklərini burnundan gətirirlər - əmlakları müsadirə edilir...

20.08.2024 | 11:35
Deputatlığa namizədlərin 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır...

20.08.2024 | 11:30
Bu məşhur aktyor kilsədə 35 itinin yanında dəfn olunacaq

20.08.2024 | 11:20
"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq - AYNA

20.08.2024 | 11:10
Xankəndində rus konsulluğu məsələsi yenə müzakirə olunur - CANLI

20.08.2024 | 11:06
Azərbaycan bu ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoydu

20.08.2024 | 11:00
Bu gün ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

20.08.2024 | 10:49
Bakıda istifadəyə yararlı döyüş sursatı tapıldı - FHN məlumat yaydı

20.08.2024 | 10:20
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib

20.08.2024 | 10:16
Türkiyədə geniş əməliyyat keçirilib, minlərlə odlu silah müsadirə olunub

20.08.2024 | 10:06
Mingəçevirdə dəhşətli qətl - oğul anasını öldürüb...

20.08.2024 | 10:00
İsrail Hizbullah komandirini öldürdü

20.08.2024 | 09:40
Türkiyəli aktrisa bu paylaşımı etdi, sosial media qarışdı...

20.08.2024 | 09:35
Bakıda mənzil sahibləri qazanmağın yeni yolunu tapıblar - qeydiyyata düşmək neçəyədir...

20.08.2024 | 09:30
Qırğızıstanda zəlzələ olub

20.08.2024 | 09:16
İsrailə məxsus təyyarə qəza enişi edib

20.08.2024 | 09:06
"Qoca sinyora" mövsümə qələbə ilə başladı

20.08.2024 | 09:00
Tramp İlon Maska vəzifə verəcək - özü açıqladı...

20.08.2024 | 08:41
AQTA kütləvi zəhərlənmələrlə uğurlu mübarizə apara bilmir - AQTA-çıların tək işi...

19.08.2024 | 22:30
"Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir" - Prezident

19.08.2024 | 22:07
Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış oldu - FOTO

19.08.2024 | 21:27
Rusiyadan etiraf addımı…

19.08.2024 | 20:41
Rusiya qazı Ukraynadan hələ də Qərbə axır - amma Avropada Azərbaycan qazı əvəzolunmazdır...

19.08.2024 | 20:25
Rusiya-Ukrayna savaşı fonunda KTMT-nin sonu çatır...

19.08.2024 | 20:10
Ermənistan Ukrayna tərəfdə Rusiyaya qarşı daha açıq oyuna keçdi…

19.08.2024 | 19:52
Tənzilə Rüstəmxanlı ilə Vəfa Nağının arasında nə baş verir?..

19.08.2024 | 19:37
Makrona impiçment prosesi başladı - ifrat sağ və sollar da qərar verdi...

19.08.2024 | 19:33
Putinin Azərbaycana səfəri başa çatdı - FOTO

19.08.2024 | 19:22
Azərbaycan-Rusiya münasibətləri regionu yönəldən əsas faktora çevrilir

19.08.2024 | 19:07
Ukrayna ordusu Kurskda, NATO İrəvanda, Putin Bakıda - dairə qaranlıq və qapalıdır...

19.08.2024 | 18:50
Rusiya erməniləri Putinin Bakı səfərinə qarşı "zəhərlərini tökdülər" - Azərbaycan Mətbuat Şurası bəyanat yaydı...

19.08.2024 | 18:33
Lavrov Ermənistan hökumətini Azərbaycanla sülh sazişini sabotaj etməkdə ittiham etdi...

19.08.2024 | 18:26
Bütün müxalifət Naxçıvanda cəmi 2 namizəd çıxara bildi...

XƏBƏR ARXİVİ

«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031