Özbəkistanda uşaqları qanunsuz yollarla dini təhsilə cəlb edənlər cərimələnəcək
Özbəkistanda uşaqların valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən qeydiyyatdan keçməmiş dini qurumlara və ya müvafiq təhsili olmayan şəxslərə göndərməsini qadağan edilib. Ali Məclisin qanunvericilik palatasının iclasında “Uşaqların hüquqlarının daha da gücləndirilməsi məqsədi ilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi qəbul edilib.
Yeni qanuna əsasən uşaqlarını qeyri-qanuni olaraq dini maarifləndirmə prosesinə cəlb edən valideynlər və ya onları əvəz edən şəxslər əsas hesablama məbləğinin (minimum əmək haqqı əvəzinə istifadə olunur – red.) 10 mislindən 15 mislinədək miqdarda cərimə tətbiq ediləcək.
Mətləb Salahov