"Yaxın Şərq və Ukraynadakı vəziyyət qlobal münaqişə ilə nəticələnə bilər" - Lebedev
Yaxın Şərqdə və Ukraynada ətrafında formalaşmış vəziyyət qlobal miqyasda qarşıdurma ilə nəticələnə bilər. Trend xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclasının iştirakçılarına müraciətdə deyib.
"Əfsuslar olsun ki, dünya qlobal münaqişə təhlükəsi altındadır, təkcə Ukraynadakı geosiyasi qarşıdurma deyil, həm də Yaxın Şərqdəki son dərəcədə gərgin vəziyyət, neonasist ideologiyasının və ksenofob əhval-ruhiyyənin yayılması, bu fonda beynəlxalq terror təşkilatlarının fəallaşması bundan xəbər verir", - MDB baş katibinin birinci müavini Leonid Anfimov tərəfindən oxunan müraciətdə deyilib.
Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası öz işinə başlayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbir çərçivəsində MDB ölkələrində vəziyyətin destabilizasiyası və konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi üzrə xaricdə döyüş hazırlığı və təcrübə keçmiş şəxslərin aşkarlanması və qarşısının alınması üzrə birgə tədbirlər müəyyən ediləcək.