Medvedyev Kiyevi təhdid etdi – bu nüvə silahından istifadə üçün səbəb ola bilər...
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, Ukraynanın Rusiya ərazisindəki raket buraxılış sistemlərini vurmaq cəhdi nüvə silahından istifadə etmək üçün səbəb ola bilər.
“Telegram” kanalında Ukraynanın "Rusiya ərazisindəki raket buraxılış sistemləri vurulmalıdır" bəyanatını şərh edən Medvedyev bunun "təcavüz" sayılacağını bildirib.
"Bu, özünümüdafiə haqqı deyil, açıq şəkildə belə bir dövlətə qarşı nüvə silahı istifadə etməyimiz üçün səbəbdir" - Medvedyev deyib.
Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə davamlı olaraq hücum etdiyinə diqqət çəkən Medvedyev, hücumlarda nüvə silahı istisna olmaqla, müxtəlif silahlardan istifadə edildiyini bildirib.
Qeyde edək ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Rusiyanın S-300 raketlərini vurmaq üçün resurslar kifayət etməyəcək və bu səbəbdən Rusiya ərazisindəki buraxılış sistemləri vurulmalıdır.
TAHİR