Almaniya əsgərləri daha 15 ay İraqda qalacaq -Bundestaq qərar verdi
Bundestaq (Almaniya Federativ Respublikasının Parlamenti) İraqda vəziyyəti sabitləşdirmək üçün alman hərbi qulluqçularının yerləşdirilməsi mandatını daha 15 ay uzadıb. Bu barədə DPA agentliyi yazıb.
Məlumata görə, iclasda iştirak edən 539 deputatın böyük əksəriyyəti missiyanın davam etdirilməsinin lehinə, 93-ü əleyhinə səs verib, 2-si isə bitərəf qalıb. Yeni mandat 31 yanvar 2026-cı il tarixinədək etibarlıdır.
Bundesver İraqı digər məsələlərlə yanaşı, qoşunların hazırlanmasında da dəstəkləyir və İŞİD terror qruplaşmasının dirçəlməsinə qarşı mübarizəyə töhfə vermək niyyətindədir.
Mətləb Salahov