"Doğma Azərbaycanımıza daimi müstəqillik arzu edirəm" - XİN rəhbərindən PAYLAŞIM
"18 oktyabrda Azərbaycanın müstəqilliyinin bərpa olunması şanlı Azərbaycan tarixinə yeni bir səhifənin həkk olunması ilə əlamətdardır." Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X”dəki səhifəsində yazıb. “Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 33-cü ildönümünü ərazi bütövlüyünü bərpa etmiş suveren dövlət olaraq qeyd edir.
Həmvətənlərimizi bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edir, doğma Azərbaycanımıza daimi müstəqillik arzu edirəm”, - C.Bayramov qeyd edib.
Mətləb