Serbiyada parlament seçkiləri keçirilir
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir. Xatırladaq ki, seçkilərdə 18 siyasi partiya və koalisiyadan namizədlər iştirak edirlər. Seçicilər Xalq Məclisinin (birpalatalı parlament) 250 üzvünü dörd il müddətinə, habelə onların Belqrad və Voyvodina Muxtar Vilayəti də daxil olmaqla 65 şəhər və bələdiyyədəki nümayəndələrini seçəcəklər.
Serbiya Respublika Seçki Komissiyası (REK) 6,5 milyondan çox insanın səsvermə hüququna malik olduğunu açıqlayıb.
Mətləb