Putinin 33 il əvvələ aid bir şəxsi sənədi auksion satışına çıxarılıb- qiymət 2500 rubla qalxıb....
Prezident Putinin 1990- cı illərdə Leninqrad xalq deputatları soveti sədrinin beynəlxalq məsələlər üzrə müşaviri olduğu vaxta aid vizit kartı satışa çıxarılıb.Üzərində əlyazı ilə telefon nömrələri yazılıb .Kart ilkin olaraq min rubla satışa çıxarılıb.Bu günə qiymət 2500 rubla qalxıb.Qərb ekspertləri bu hadisəni Putinin seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsi kimi, habelə seçki prosesinə külli miqdarda qeyri- dövlət vəsaitləri cəlb etmək üsulu kimi baxırlar.Bu məntiqlə ehtimal edilir ki, Putinin " gözünə girmək istəyən " rus oliqarxlar vizit kartına hətta milyardlarla qiymət qoyacaqlar. Əlavə olaraq ehtimal edilir ki, Putinin uşaqlıq oyuncaqları və ya məktəb əşyaları da satışa çıxarıla bilər.
Əli Turabov