KÖHNƏ VERSİYA            

Suriyadan böyük erməni köçü İrəvanı təşvişə salıb...

Image

Suriyada cərəyan edən son proseslər Ermənistanda da ciddi əndişə yaradıb. Məsələ burasındadır ki, Suriyada xeyli sayda erməni yaşayır. Onların indiki vəziyyətdə yeni köçü istisna edilmir. Həmin ermənilərin Ermənistana mümkün gəlişinə isə indi İrəvanda müsbət yanaşmırlar. Halbuki, Azərbaycan ərazilərinin işğalı dönəmində vəziyyət tamam fərqli idi.

Bəllidir ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı altında saxladığı dönəmlərdə yol verdiyi hərbi cinayətlərdən biri də zəbt olunmuş ərazilərdə qanunsuz məskunlaşma ilə bağlı olub. Həmin vaxtlarda Azərbaycan torpaqlarında dövlət səviyyəsində Ermənistandan, Suriyadan, Livandan və digər ölkələrdən ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirib. Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaq məqsədi güdən bu siyasət nəticəsində işğal altında olmuş ərazilərə minlərlə insan köçürülüb. Onların köçürülməsi üçün Ermənistan dövləti, erməni lobbisi və diasporu, ayrı-ayrı fondlar tərəfindən həvəsləndirici, təşviqedici əməllərə əl atılıb.Qeyd edək ki, 2010-cu illərin əvvəllərində həm Ermənistan, həm də Qarabağdakı separatçılar tərəfindən Qarabağa köçmüş hər bir Suriya ermənisinə fərdi dəstək göstərilib. Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmə prosesinin təşviqində Ermənistanın dövlət qurumları, İrəvanda yerləşən xüsusi “Qardaşına kömək et” proqramı hazırlayan Ermənistan İnqilabi Federasiyası birbaşa iştirak edib. Suriyadan olan ermənilər əsasən işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarında məskunlaşdırılırdı. Qanunsuz məskunlaşma siyasətinin digər təsdiqi “Hayastan” Ümumerməni Fondu tərəfindən “Qarabağın kəndlərinin yenidən məskunlaşdırılması” layihəsinin həyata keçirilməsi idi. Qarabağdakı separatçı qurum tərəfindən Suriya ermənilərinin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatına dəstək məqsədilə sərmayələr də qoyulurdu. Lakin 44 günlük müharibə Ermənistanın və separatçıların digər arzuları kimi qeyri-qanunu məskunlaşdırma niyyətlərini də puça çıxardı. Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etməklə, həm də Ermənistanın qanunsuz məskunlaşdırma siyasətini alt-üst etdi.Beləliklə, bu dəfə Suriyadan ermənilərin köçü halında onların Azərbaycan ərazilərində yerləşdirilməsi mümkün olmayacaq. Elə bu şəraitdə həmin ermənilərin Ermənistanda qalması qaçılmaz olduğundan bu, İrəvanda narahlıqla qarşılanır. Hesab edilir ki, bu hal ölkə qarşsında əlavə sosial-iqtisadi çətinliklərə gətirib çıxaracaq. Suriyada isə ermənilərin sayı heç də az deyil. Ermənistanın diasporla iş üzrə baş komissarı Zareh Sinanyanın sözlərinə görə, hərbi gərginlik nəticəsində Hələbdə ciddi vəziyyət yaranıb və burada silahlıların nəzarəti altında olan ərazidə 10 minə qədər erməni qalıb. O qeyd edir, Hələb erməniləri evdə qalmağa üstünlük verirlər və şəhəri tərk edə bilmirlər, çünki hələlik təxliyə imkanı yoxdur.

Sinanyan vurğulayır ki, Dəməşqdə çətin vəziyyət yaranıb, Suriya hökumət qoşunları yaraqlıların irəliləməsini dayandıra bilməyib. Onun sözlərinə görə, Latakiyada vəziyyət nisbətən sakitdir. Lakin vəziyyətin nisbətən sakit olduğu o şəhərlərdə də yerli ermənilər müharibənin getdiyi yaşayış məntəqələrindəki qohumlarından narahatdırlar: “Rabitə çox zəif olsa da, biz Suriyadakı soydaşlarımızla hər cür fəal əlaqə saxlamağa davam edirik. Biz vəziyyətlə bağlı məlumat almaq üçün əlimizdən gələn hər kəslə danışırıq”. Bu arada Ermənistanın humanitar missiyası təcili olaraq Hələbdən təxliyə edilib. Ermənistanın minatəmizləmə mütəxəssisləri və tibb işçilərindən ibarət qrupun bütün şəxsi heyəti ölkəyə geri qayıdıb. Xatırladaq ki, Ermənistan 2019-cu ilin fevralından Suriyada humanitar missiyada iştirak edir. Erməni iranşünas Vardan Voskanyan isə bildirir ki, Hələbdə təkcə Suriyanın deyil, bütün bölgənin, o cümlədən Cənubi Qafqaz regionunun taleyi həll olunur. O, “İraqdan gələn iranpərəst qüvvələrin” dəstəyi ilə Suriya ordusunun Hələb əyalətinin ələ keçirilən ərazilərini “Təhrir əş-Şam”dan geri almağa başladığını bildirib: “Hökumət qüvvələrinin ciddi uğurlarından danışmaq hələ tezdir, lakin aydındır ki, Yaxın Şərqdə həmişə olduğu kimi, hər şey yenidən döyüş meydanında həll edilir”. Qeyd edək ki, İranın Suriyadakı son hərbi toqquşmalara başının qarışacağından narahat olan erməni ekspertlər Ermənistanın sərhəddə “yeganı təhlükəsizlik qarantı” saydıqları Tehranın İrəvandan diqqətinin yayına biləcəyindən ciddi əndişə keçirirlər. Onların fikrincə, İran Suriyaya yönələrsə, Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyə, o cümlədən 10 noyabr bəyanatına uyğun olaraq, Zəngəzur dəhlizini aça bilər. Xatırladaq ki, noyabrın 27-də “Cəbhət ən-Nusra” silahlıları atəşkəs razılaşmasını pozaraq Suriyanın Hələb və İdlib əyalətlərinə hücum edib və bu, şiddətli toqquşmalara səbəb olub. Bəşər Əsəd rejiminin əsas müdafiəçisi İranla yanaşı Rusiyadır. Hətta rusların Suriyada hərbi birləşmələri var. Məhz rus ordusunun dəstəyi bir müddət əvvəl Bəşər Əsədin münaqişədə üstünlüyünə şərait yaratmışdı. Eyni zamanda, çətin duruma düşən Qərb qüvvələri bir neçə il əvvəl biabırçı şəkildə Suriyanı tərk eləmişdi. Ona görə də istisna deyil ki, Qərb həm yarımçıq qalmış hesabı qapatmaq,  həm də Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Suriyada hərəkətə keçib. Hər halda, buradakı yeni münaqişənin yaxın tezlikdə bitmə ehtimalı yüksək deyil.

Nahid SALAYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 23:16
Şahbaz Şərif Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşdü

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

24.01.2025 | 11:48
Astarada 9 kiloqram narkotik dövriyyədən çıxarıldı

24.01.2025 | 11:30
İstanbulda mikroavtobus aşıb, 3 nəfər ölüb

24.01.2025 | 11:20
Bu qəsəbədə 2 əl qumbarası və partladıcılar tapıldı

24.01.2025 | 11:10
Nazirlik əməkdaşları özəl klinikada müqavimətlə üzləşdi- AÇIQLAMA

24.01.2025 | 11:05
Bir gündə 70 cinayətin üstü açılıb

24.01.2025 | 11:03
Lavrov - Mirzoyan dueli nə ilə bitdi? Qəribə oyunlar! - CANLI

24.01.2025 | 11:00
"Qarabağ" uduzdu, UEFA reytinqində mövqeyimiz dəyişmədi...

24.01.2025 | 10:30
Qazaxıstanda 4 terrorçu yaxalandı

24.01.2025 | 10:15
Tramp İrana "ilişdi" - "bu proses dünyanı fəlakətə sürükləyəcək"

24.01.2025 | 10:10
3 qızı öldürən şəxsə 52 il cəza verildi - Britaniya məhkəməsindən QƏRAR!

24.01.2025 | 10:05
Terror hücumu nəticəsində bir türk əsgəri şəhid olub

24.01.2025 | 10:00
Mərkəzi Kəşfiyyat İdarəsinə yeni direktor təyin edildi

24.01.2025 | 09:42
21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

24.01.2025 | 09:30
Şimali Koreya Rusiyaya əlavə qoşunlar göndərir - kəşfiyyat AÇIQLAMASI

24.01.2025 | 09:25
"TələbəPlus"dan sonra "TəhsilPlus" da gəldi - nə faydası olacaq...

24.01.2025 | 09:20
Bakıda kiberdələduzluq edən "şirkət rəhbəri" yaxalanıb

24.01.2025 | 09:10
Türkiyədə qalmaqallı menecer saxlanıldı

24.01.2025 | 09:05
Con Kennedinin qətli ilə bağlı məxfi materiallar yayımlanacaq - Tramp göstəriş verdi!

24.01.2025 | 09:00
Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

24.01.2025 | 08:37
Aliment fondu yaradılır - boşanmalara son, ya təkan?

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031