Çərşənbə axşamı günü, 20 may 2025
     

“Komedixana”nın süjetləri Azərbaycan cəmiyyətinə mənəvi terrordur... Təcili tədbirlər görülməsə...

Image

Elyar İslamoğlu: "...Təkcə "Komedixana" yox, eyni zamanda bu tipli veriliş və "komediya" qrupları ilə bağlı da tədbirlər görülməlidir"   

Sağlam gülüş həyatın rəhnidir. Amma görək bizi güldürmək istəyənlərin bəxş etdiyi gülüş sağlamdır, yoxsa mənəvi terror? Bu gün Azərbaycanda özünü "komediyaçı" kimi qələmə verən müəyyən aktyor qrupları var və hamısı da iddia edir ki, guya insanlara sağlam gülüş, həqiqi komediya təqdim edirlər. 

Tamaşaçı isə əksini düşünür. Əksəriyyəti bildirir ki, komediya pərdəsi altında bizə şitlik, bayağılıq, əttökən parçalar göstərilir. Bəzi qrupun aktyorlarını "təlxək" adlandıranlar da tapılır. Tamaşaçı yumor, gerçək gülüş yaradan səhnələr, ifalar istəyir, amma bu "komediyaçıların" tipajları da, obrazları da süni gülüş yaratmağa xidmət edir.

"Komedixana"nı çoxlarınız izləyirsiniz, demək olar ki, sosial şəbəkələrdən tutmuş telekanallara qədər çox platformalarda bu qrupun süjetlərini, səhnəciklərini görürsünüz. Əvvəlcədən deyək ki, biz orada iştirak edən aktyorların istedadını kölgəyə almaq istəmirik, orada çox istedadlı aktyorlar çalışır, amma bizi narahat edən mövzulardı, yüngül-bayağı məzmunlu səhnələrdir. Əslində, onlardan daha ciddi komediya səhnələri gözləmək olar, amma hansısa səbəbdən bu qrup da axından geri qalmaq istəməyib mənəviyatımıza, dəyərlərimizə, ailədaxili münasibətlərimizə zərbə vurmaqla məşğuldur. Azərbaycan dili bu qədər gözəl olduğu, istənilən fikri ifadə etməyə imkan verdiyi halda "Komedixana" aktyorları da vulqar sözlərdən, küçələrdə işlədilən ifadələrdən istifadə edirlər. Bayağı, vulqar sözləri leksikonlarına gətirməklə eybəcər bir danışıq dilinin yaranmasına "kömək edirlər". Ailədaxili münasibətləri o qədər mənfi yöndə təqdim edirlər ki, o səhnəciklərə baxan tamaşaçıda belə rəy formalaşır ki, sanki Azərbaycan ailəsi, Azərbaycan insanı bu şəkildədir. Ailə-məişət məsələləri mövzusunda komediya səhnələri hazırlamaq olar, kifayət qədər mövzu var, amma bunu normal şəkildə etmək olar. "Komedixana"nın səhnələrinə baxanda açıq görürsən ki, burada ciddi intellekt kasadlığı var. Niyə bizim müasir komediyaçılarda intellekt yoxdur? Bu da ayrıca bir düşündürücü sualdır. Hamı az qala bir-birinin etdiyini təkrar edir, mənəviyyatımızı zənginləşdirmək əvəzinə ona xələl gətirirlər. Bir tamaşaçı kimi başqa ölkələrin aktyorlarının təqdim etdiyi bu tipli proqramlarına, səhnəciklərinə baxırıq, intellektlərinin necə yüksək olduğunu görürük. Komediya artistinin intellekti, biliyi, savadı, müşahidələri o qədər zəngin olmalıdır ki, tamaşaçıya sağlam gülüş bəxş etsin, onun mənəviyyatına qarşı terror etməsin. 

Bir çox ekspertlər hesab edir ki, "Komedixana"nın bu cür səhnələrinə ciddi nəzarət olunmalıdır. Ümumiyyətlə, insan mənəviyyatına təhlükə törədən hər bir nəsnəyə nəzarətin olması vacibdir. Səhnəyə çıxmaq, azad söz demək imkanı aktyorlara ona görə verilməyib ki, onlar xalqın qadınının, kişisinin, ağsaqqal və ağbirçəyinin eybəcər obrazlarını yaradıb tamaşaçılara təqdim etsinlər. Azərbaycan ağbirçəyinin, ağsaqqalının belə bayağı şəkildə qələmə verilməsi ciddi qıcıq doğurur. Əlbəttə, əlaqədar qurumlar buna zamanında reaksiya verməsə, bu cür bayağı səhnələrin sayı daha da artacaq, insaların mənəviyyatına daha ağır zərbə vuracaq. 

"Söyüşlə, vulqar ifadələrlə, başqalarını alçaltmaqla insanları..."

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu "Bakı-Xəbər"ə şərhində bildirdi ki, vaxtı olduqca "Komedixana"ya baxır, amma bir ziyalı, bir tamaşaçı kimi onların təqdim etdiyi səhnələrdən razı qalmır. "Yenə də çox aktual bir mövzuya toxunmusunuz. Vaxtım olduqca "Komedixana"nın səhnələrinə baxıram. Çox təəssüflər olsun ki, son dövrlərdə həmin süjetlərdə, səhnəciklərdə  tərbiyəedici, cəmiyyəti  maarifləndirici heç nə görmək olmur. Ən pisi də odur ki, cəmiyyətdə baş vermiş bayağı hadisələr, bəzi insanların etdiyi bayağı hərəkətlər "Komedixana"da yenidən süjetə çevrilərək "komediya" kimi cəmiyyətə sırınır. Bu da haqlı olaraq narazılıq yaradır. Komediya insanları gerçəkdən güldürməlidir, amma biz bu gerçək gülüşü onların sahnələrində görə bilmirik. İnsanların mənəviyyatına zərbə vuran bu kimi səhnələrin, süjetlərin qarşısını alınmalıdır. 

Əgər "Komedixana" insanları güldürmək, əyləndirmək istəyirsə maraqlı mövzular tapmalıdır. Həmin mövzular təkcə güldürməkdən yox, həm də düşündürməkdən, maarifləndirməkdən ibarət olmalıdır. Amma təəssüflər olsun ki, biz "Komedixana"nın fəaliyyətində onun əksini görürük. Cəmiyyətdə sevilməyən, insanlarda qıcıq doğuran adamların bayağı, şit davranışları yenidən "Komedixana"da canlandırılır. Düşünürəm ki, "tiktokerlərlə" bağlı məsələ öz həllini tapandan, "Tik-Tok"da baş verən biabırçılıqlarla bağlı tədbirlər görüldükdən sonra təkcə "Komedixana" yox, eyni zamanda bu tipli veriliş və "komediya" qrupları ilə bağlı da tədbirlər görülməlidir.  Çünki söyüşlə, vulqar ifadələrlə, başqalarını alçaltmaqla insanları əyləndirmək, güldürmək olmaz. Onların yanlış iş gördüyü göz önündədir".

E.İslamoğlu hesab edir ki, insanları güldürmək, əyləndirmək üçün mövzular tapmaq lazımdır. 

Müsahibimiz vurğuladı ki, son dövrlər milli-mənəvi dəyərlərimizlə bağlı mənfi halların, yanaşmaların daha çox artığını görürük, buna misal olaraq "Tik-Tok"da baş verən biabırçılıqları, bir neçə nəfərin həbsini göstərmək olar. "Düşünürəm ki, artıq aidiyyəti qurumlar hərəkətə keçməlidir. Bu məsələlər həm də azyaşlılara, şagidlərə mənəvi cəhətdən mənfi təsir edir, onların tərbiyəsində mənfi rol oynayır".

E.İslamoğlunun fikrincə, artıq aidiyyəti qurumlar bu kimi hallarla bağlı addımlar atıb tədbirlər görməlidir.

Leyla QARAXANLI



VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

19.05.2025 / 22:42
Trampla Putinin telefon danışığı iki saatdan çox davam edib

19.05.2025 / 21:43
Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub - FOTO

19.05.2025 / 21:20
Ermənilərin “Yeni Naxçıvan” adlı yeparxiyası bu təxribatçı adı haradan götürüb?..

19.05.2025 / 21:04
Zəngəzur dəhlizi yaxın 3-4 ilə açılacaq - Ermənistan daha dərin geosiyasi dalana yuvarlanır…

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:32
Məhkəmədə Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678