Hans Henri Kluge Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Kluge Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi. Zati-alinizə, həlak olan həmvətənlərinizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Mənim qəlbim Azərbaycan xalqının yanındadır. Qəzada yaralananların tezliklə şəfa tapmalarını diləyirəm.
Mən Sizinlə və Azərbaycan vətəndaşları ilə birgə bu kədəri bölüşürəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".