Kəskin hava şəraiti Ermənistanın Rusiyaya yolunu bağladı...
Rusiya-Gürcüstan sərhədində yerləşən, Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə quru yol olan Yuxarı Lars keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Bu barədə məlumatı Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan yayıb. “Hava şəraitinin pisləşməsi səbəbindən minik və sərnişin nəqliyyat vasitələrinin hərəkəti də məhdudlaşdırılıb”, – deyə Akopyan bildirib.
Mətləb Salahov