ATƏT PA Prezidenti Gürcüstana səfərini təxirə saldı...
ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kauma Gürcüstana səfərini təxirə salıb. Bu haqda Kauma sosial şəbəkədə yazıb.
“Müzakirə və hərtərəfli diskussiyadan sonra mən Gürcüstana səfəri ATƏT-in Parlament Assambleyasının iştirakının ən effektiv olacağı vaxta qədər təxirə salmaq qərarını verdim. Biz yenə də bütün səsləri dinləməyə və ATƏT/DTİHB-nin seçki tövsiyələrinin həyata keçirilməsinə köməklik göstərməyə hazırıq” - Pia Kauma bildirib.
Məlumat üçün bildirək ki, avropalı parlamentari Riçard Kols sosial şəbəkədə yazıb ki, ATƏT-in Parlament Assambleyasının Prezidenti yanvarın 8-10-da nümayəndə heyəti ilə Gürcüstana səfər etməyi planlaşdırır. Üç müxalifət birliyi isə Pia Kaumaya məktubla müraciət edərək, onu Gürcüstana səfərini təxirə salmağa çağırıb.
ZÜMRÜD