KÖHNƏ VERSİYA            

“Faşist təfəkkürlü Ter-Petrosyan Ermənistanın Qərbi Azərbaycan olduğunu etiraf edir” - Əhliman ƏMİRASLANOV

Image

Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılıb. Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxış Ermənistanın siyasi dairələrində  kök salmış irqçiliyi, Azərbaycan xalqına qarşı nifrəti, işğalçılıq siyasətini nümayiş etdirir. 

Onun həmin çıxışında deyilir: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi - Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”. O, həmçinin Qarabağı da azərbaycanlılardan azad ərazilərə çevirdiklərini söyləyib. Levon Ter-Petrosyan bu sözləri ilə bir daha Ermənistanın tarixən soydaşlarımıza qarşı etnik təmizləmə apardığını, onların faktiki olaraq silah gücünə qovulduğunu bildirib. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir. Yeri gəlmişkən, XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri ardıcıl olaraq Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçiriblər. Erməni quldurları Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və digər yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetiriblər. Faşist ideologiyalı ermənilər xalqımıza qarşı törətdikləri bu qanlı əməllərini müsahibələrində, yazılarında dünyaya bəyan etməkdən də çəkinməyiblər. 15 dekabr 2000-ci il tarixdə Ermənistan müdafiə naziri işləyən Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala bununla bağlı etiraf  da edib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı". Və yaxud əli yüzlərlə azərbaycanlının qanına batan cani Koçaryan 2003-cü ilin yanvarında AŞPA-da etdiyi çıxışında ermənilərlə azərbaycanlıların etnik uyuşmazlığı barədə bəyanat verməklə faşist, irqçi mahiyyətin ortaya qoymuşdu. Levon Ter-Petrosyanın məlum videoyazısında təcavüzkar ölkənin məqsədinin Azərbaycan əraziləri hesabına “böyük Ermənistan” yaratmaqdan ibarət olduğu açıq-aydın göstərilib. Digər tərəfdən, bu videoyazıda Petrosyanın  əsl faşist təfəkkürü  sərgilənib. Təkcə onunmu? Eləcə də soydaşlarımıza qarşı soyqırımlar təşkil edən eks-prezidentlər - Robert Koçaryan, Serj Sarkisyanın da… Şübhəsiz, səsləndirilən o fikirlər Beynəlxalq Cinayət Məhkəməsinin Ter-Petrosyan və onun ardıcılları - Koçaryan, Sarkisyan barəsində cinayət işinin qaldırması, layiqli cəzalarını almaları üçün tam əsas verir. Şübhəsiz, suveren, qüdrətli Azərbaycan dövləti buna da nail olacaq. 2020-ci ildə Vətən müharibəsində şanlı qələbəyə nail olduğu kimi. Erməni daşnaklarının özünüifşa çıxış və müsahibələri heç bir mənbəyə istinad etmədən dəqiq təsdiqini tapır ki, azərbaycanlıların dədə baba yurdları olan Qərbi Azərbaycan (indiki Ermənistan respublikası) tariximizin unudulmaz bir parçasıdır. “Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Dastanda adı çəkilən Şirökuvən, Altuntaxt, Göyçə gölü oğuz qəhrəmanlarının doğma yurdları olub və bu ərazilər indi Ermənistan adlanan Qərbi Azərbaycanın ərazisi daxilində yerləşir. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən bu ərazilərərə köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil edirdi. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları da dəyişdirilərək ermənıləşdırilib. Tarixi yaddaşımızın bərpasına və qorunaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm verən möhtərəm Prezidentimiz İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən mənim də iştirak etdiyim görüşdə dedi ki: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”. Məsələn, Azərbaycan tarixində misilsiz yeri olan Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edən dədə yurdlarımızdandır. Bu ərazi Rusiya çarlığına müharibə yolu ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti zamanında Göyçə mahalı süni şəkildə beş inzibati rayona bölünüb. Onlar Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonlarıdır. Basarkeçər adının sonradan Vardenisə çevrilməsi türk mənşəli bir toponimin üzərinə edilən növbəti erməni təcavüzüdür. Göyçə mahalı Azərbaycan folklorunun, aşıq sənətinin vətənlərindən biri kimi məşhurdur. Bu mahal türk mənşəli toponimlərlə zəngindir. Həmin toponimlərin əksəriyyəti dəyişdirilsə də, onların adları bədii ədəbiyyatda, yaddaşlarda yaşayır. Fikrimi ölkə başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə dediyi sözlərlə yekunlaşdırmaq istəyirəm. Prezidentimiz bildirdi ki, “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar” sözlərinin hər birimizdə yaratdığı böyük inama güvənərək bir daha qeyd etmək istəyirik ki, vaxt gələcək Azərbaycan torpaqlarının yaddaşı olan, pasportuna çevrilən yer-yurd adları yenidən vətəndaşlıq hüquq qazanacaq. Biz buna tam əminik. Bu istiqamətdə Qərbi Azərbaycan İcması həm ölkə daxilində həmdə beynəlxalq səviyyədə böyük layihələr həyata keçirir.

Əhliman ƏMİRASLANOV
Milli Məcisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədri 







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

07.01.2025 | 21:52
Prezident İlham Əliyev: "Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir"

07.01.2025 | 21:43
Bu ay Azərbaycan-Ermənistan komissiyalarının növbəti görüşü keçiriləcək

07.01.2025 | 21:31
İlham Əliyev: "Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır"

07.01.2025 | 21:27
"Fransa Prezidenti şəxsən onlara zəng edərək, Bakıya getməməyi tövsiyə edirmiş" - Prezident Əliyev Makronu ifşa etdi

07.01.2025 | 21:21
Prezident: "Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir"

07.01.2025 | 21:14
"COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur" - Prezident İlham Əliyev

07.01.2025 | 21:11
Ermənistan qədim Yunan və Roma dövlətləri ilə bir sıraya qoyuldu - absurdun ölçüsüzlüyü...

07.01.2025 | 20:55
Prezident İlham Əliyev: "İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik"

07.01.2025 | 20:53
Barrozo: "Rusiya almazının sanksiyalar siyahısına salınmasına açıq mane oldular"...

07.01.2025 | 20:47
"İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq" - Prezident

07.01.2025 | 20:44
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - FOTO/VİDEO/YENİLƏNDİ

07.01.2025 | 20:37
Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

07.01.2025 | 20:22
Afrika dövlətləri Makrona qarşı qalxdılar - "Afrika xalqları ilə danışmağı öyrən"...

07.01.2025 | 20:08
Trampın gələn kimi İrana zərbə vuracağı təsdiqləndi...

07.01.2025 | 19:53
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası bu terror qrupunun əli ilə icra olundu...

07.01.2025 | 19:40
10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

07.01.2025 | 19:26
Bakı aeroportunda yarım milyonluq qızıl külçə əməliyyatı - saxlanan şəxs vəzifəli gömrük əməkdaşını da ələ verdi...

07.01.2025 | 19:17
"Stratfor" kəşfiyyat qrupu - “ABŞ Ermənistana dəstək verməyəcək...”

07.01.2025 | 19:03
Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

07.01.2025 | 18:49
Makron Gürcüstanda da "yandı"...

07.01.2025 | 18:35
Makron əvvəlki prezident Sarkozidən ya qisas alır, ya da xalqın qəzəbini başqa yerə yönəldir...

07.01.2025 | 18:20
90-larda ermənilərin Bakı və Sumqayıtdan kütləvi gedişinin sirri açıldı - Ter düzünü dedi...

07.01.2025 | 18:06
İran Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəyişir...

07.01.2025 | 17:52
Sərhədlərdə yenidən atəş açıldı - Ermənistan kimlərə güvənir?

07.01.2025 | 17:39
Təyyarə cinayətinə bulaşmış "Rusiya nümayəndələrindən" hələ xəbər yoxdur...

07.01.2025 | 17:26
Türkiyə terrorun kökünü kəsə biləcəkmi?..

07.01.2025 | 17:23
Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verdi

07.01.2025 | 17:12
Braziliya Azərbaycanın "qara qutu"sunun açılmasında nə qədər obyektiv olacaq?

07.01.2025 | 17:00
Rusiya səmasında ABŞ və rus sistemlərinin rəqabəti – Ukraynanın atdığı ATACMS raketlərinin heç biri S-400-ləri aşa bilmədi...

07.01.2025 | 16:47
İdman, gənclərin fiziki inkişafı və dövlət siyasəti - Prezident nələrə yekun vurdu...

07.01.2025 | 16:35
Qəhrəmanlığı dillərdə dastan olan Ramil...

07.01.2025 | 16:12
Prezident Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı

07.01.2025 | 16:05
Azərbaycanda yeni rüsumlar təsdiqləndi

07.01.2025 | 15:57
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işçilərin əməkhaqları artırıldı

07.01.2025 | 15:48
Abdullah Gül Prezident İlham Əliyevə başsağlığı verdi

07.01.2025 | 15:40
AZAL-ın təyyarəsinin “qara qutu”su açıldı - məlumatlar Qazaxıstana göndərildi...

07.01.2025 | 15:17
"Almaniya və Fransa rəsmilərinin başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir" - Şalva Papuaşvili

07.01.2025 | 14:33
"Fransada yeni seçkilərin keçirilməsi siyasi böhranın ən yaxşı həlli olacaq" - Gürcü spikeri

07.01.2025 | 14:18
Ermənistandakı Azərbaycanın tarixi və mədəni irsi: Ermənistanın onu qorumaq və bərpa etmək öhdəliyi

07.01.2025 | 14:11
Fransanın casus şəbəkəsi Bakıda nələrə cəhd edib… Məhkəmədə yeni məqamlar açıldı...

07.01.2025 | 13:57
Qərbin yalan vədlərinə inanan Ermənistan xalqını fəlakətə sürükləyir

07.01.2025 | 13:49
Beyləqanda sərxoş halda avtomobil idarə edən sürücü həbs edildi

07.01.2025 | 13:35
Kobaxidze Makronu yalan danışmaqda ittiham etdi - Qoy qurban verdikləri Ukraynaya nəzər salsın...

07.01.2025 | 13:25
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib

07.01.2025 | 13:22
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

07.01.2025 | 13:17
İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edildi

07.01.2025 | 13:04
Спасибо Казахстану! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.01.2025 | 12:46
Xaçmazda evlərə qənim kəsilən Samir Əhmədov yaxalandı

07.01.2025 | 12:05
Mərkəzi Bankda yeni təyinatlar olub

07.01.2025 | 12:00
Saray qəsəbəsində qadın meyiti tapılıb

07.01.2025 | 11:30
Mədəniyyət naziri Şamaxıda vətəndaş qəbulu keçirəcək

07.01.2025 | 11:20
Kəngərli ərazisində hərbi sursat aşkarlanıb

07.01.2025 | 11:10
Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib

07.01.2025 | 11:10
İtkin düşmüş Salyan sakini qəsdən öldürülüb - Baş Prokurorluq və DİN birgə məlumat yayıb

07.01.2025 | 11:05
Tək daş üzük taxdı, "nişanlanıb" deyə car çəkdilər...

07.01.2025 | 11:03
Erməni məsələsi Azərbaycanda niyə doğru anlaşılmır? - CANLI

07.01.2025 | 11:00
Şifrəsi açılan “qara qutu”lar Qazaxıstana göndərilib - Braziliya portalı

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031