Macarıstanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi
Macarıstanın Prezidenti Tamaş Şuyok Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi təyyarə qəzası ilə bağlı Macarıstan xalqı adından və şəxsən öz adımdan səmimi başsağlığımı çatdırım. Dualarım və düşüncələrim həlak olanların və onların ailə üzvlərinin yanındadır".