KÖHNƏ VERSİYA            

Suriya xalqına Əsədin gedişi, ya qalması faydalıdır? - Müzakirələr gedir...

Image

Son günlərdə dünyanın diqqət mərkəzində yer alan əsas məsələlərdən biri də Suriyada cərəyan edən hadisələrdir. Hesab edilir ki, burada mümkün qarışıqlıq bütün Yaxın Şərqə ciddi təsir edəcək. Məsələ Azərbaycan üçün də xüsusi diqqət mərkəzindədir. Çünki Azərbaycanın bu regionda xeyli sayda tərəfdaşı, geniş ticarət əlaqələri qurduğu ölkələr var.

Hazırda Suriyada müxalifətlə ordu birləşmələri arasında döyüşlər davam edir. Suriya ordusu ölkənin şimal-qərbinə əlavə ordu birləşmələri göndərib və Hələbi ələ keçirən qiyamçılara havadan zərbələr endirib. Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Monitorinq Mərkəzinin bilgilərinə görə, hökumət qüvvələri Hələb və İdlibdən sonra Həma vilayətinə hücumun önünü kəsmək üçün güclü müdafiə xətti qurub. Suriyanın dövlət SANA xəbər agentliyi bildirir ki, ordu bölmələri qiyamçıları Həma vilayətinin şimalından sıxışdırıb çıxarmağı bacarıb. Əraziyə əlavə ağır texnika və raket qurğuları göndərilib. Suriya və Rusiya hərbçiləri qiyamçıların silah anbarlarına və dayaq məntəqələrinə havadan zərbələr endirib. Son üç gündə minədək qiyamçının öldürüldüyü iddia edilir. Dəməşqdə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, İran müttəfiq ölkənin əks-hücumunu dəstəkləməyə hazırdır. İordaniya kralı İkinci Abdulla və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əsədə öz dəstəklərini dilə gətiriblər. Bir çox Qərb dövlətinin hökumətləri tərəfləri münaqişəni siyasi yolla çözməyə və mülki infrastrukturu qorumağa çağırıb. Bu da bildirilir ki, qiyamçılar ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinin nəzarətindəki Tel-Rifat şəhərinə daxil olaraq kürd birləşmələrini Suriyanın şimal-şərqindəki mövqelərinə qayıtmağa çağırıblar. Sonuncular Türkiyəni qiyamçılara dəstək göstərməkdə suçlayıblar. Rəsmi Ankara isə bildirib ki, qiyamçıların məhdud hücumu Suriya ordusunun son həftələrdə nəzarət etmədiyi mövqelərə hücumlarının önünü kəsmək üçün gerçəkləşdirilib və ordu geri çəkilərkən hücumun əhatə dairəsi də genişlənib. BMT-nin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen bildirib ki, qiyamçıların hücumu regional güvənliyə təhlükədir. O, münaqişəni dayandırmaq üçün tərəfləri diplomatik səylərini bərpa etməyə çağırıb. Suriyadakı hadisələri yaxından izlədiyini deyən Ağ Evin milli güvənlik müşaviri Ceyk Sallivan deyib ki, Suriyanın şimal-şərqində 900-dək ABŞ hərbçisi İŞİD-in dirçəlməməsinə çalışır. Onu da qeyd edək ki, 2016-ci ildən bəri, hökumət ordusu onları şəhərdən çıxmağa məcbur edəndən sonra ilk dəfə idi ki, üsyançılar Hələbə girib. Bu, həm də son illərdə Suriya hökumətinə qarşı edilən ən böyük hücum sayılır. 2011-ci ildə başlayan və on il gah alovlanan, gah da səngiyən vətəndaş müharibəsi zamanı Bəşər Əsəd atasından aldığı  hakimiyyətini qoruya bildi, amma ölkə də parçalandı.

Suriyanın şimalından, Türkiyə ilə sərhəd bölgəsindən ölkənin mərkəzinə doğru irəliləyən dəstəyə uzun müddətdir münaqişədə iştirak edən islamçı silahlı qrup “Heyət Təhrir əl-Şam" rəhbərlik edir. “Heyət Təhrir əl-Şam" 2011-ci ildə “Əl-Qaidə”nin birbaşa qolu kimi, "Cəbhət ən-Nusra" adı ilə yaradılıb. Onun yaradılmasında özünü İslam Dövləti  adlandıran qruplaşmanın keçmiş lideri Əbu Bəkr əl-Bağdadi də iştirak edib.

O, Bəşər Əsədə qarşı çıxan qrupların ən radikallarından və nüfuzlu olanlarından biri sayılırdı. Lakin qrupun cihadçı ideologiyası onun təşkilatlanmasında və böyüməsində əsas amil olub və o, "Azad Suriya" bayrağı altında əsas üsyançı koalisiya ilə ziddiyyət təşkil edib. 2016-cı ildə qrupun lideri Əbu Məhəmməd əl-Cövlani ictimai şəkildə “Əl-Qaidə” ilə bağlarını qırdı, "Cəbhət ən-Nusra"nı ləğv etdi və bir neçə digər oxşar qruplarla birləşərək bir il sonra "Heyət Təhrir əl-Şam" adı verilən yeni bir təşkilat yaratdı. Suriyada on illərdir davam edən müharibədə çoxlu silahlı qruplar və onları dəstəkləyən bölgə və regiondan uzaq ölkələr var.İddialar var ki, "Heyət Təhrir əl-Şam" Türkiyə tərəfindən dəstəklənib, buna qarşı Rusiya və İran Bəşər Əsəd hakimiyyət qüvvələrini dəstəkləyib. Amma Türkiyə Hələbə girən üsyançıların hücumuna dəstək vermədiyini deyir. Ankaranı narahat edən əsas məsələlər Suriyadakı etnik kürdlərin yaratdığı Xalq Müdafiə Birlikləri (YPG) Suriya hökumətinin buraxdığı strateji nöqtələrə girməsi və müharibənin alovlanmasından Türkiyə sərhədlərinə doğru yeni bir kütləvi köçün başlaması ehtimalıdır. İranlı həmkarı Abbas Araqçı ilə Ankarada görüşdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib: “İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmaq düzgün olmaz. Suriyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik”. Hakan Fidan əlavə edib ki, vətəndaş müharibəsinin böyüməsini və qaçqın axını istəmirlər. Artıq bir müddətdir ki, "Heyət Təhrir əl-Şam" qrupu İdlibdə faktiki yerli administrasiya qurub. Amma silahlı qrup insan haqları pozuntuları tənqidləri ilə üzləşib. Qrupun məqsədi Suriyada fundamentalist İslam hakimiyyətini qurmaqdır. Bir neçə ildir ki, Suriya hökumət qüvvələri İdlibdə nəzarəti bərpa etməyə çalışır. Lakin 2020-ci ildə Əsədin əsas müttəfiqi olan Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına əməl olunurdu. İdlibdə təxminən dörd milyon insan yaşayır - onların əksəriyyəti Əsəd qüvvələrinin amansız müharibəsində üsyançılardan geri aldığı qəsəbə və şəhərlərdən didərgin düşüb.  Bu fonda qeyd edək ki, Suriyadakı müharibə son dörd ildə sanki bitmişdi. Bəşər Əsədin hakimiyyəti ölkənin böyük şəhərlərində idarəetməni saxlayıb, amma ölkənin bəzi hissələri onun birbaşa nəzarətindən kənarda qalır. Bunlara şərqdəki kürdlərin çoxluq təşkil etdiyi və münaqişənin ilk illərindən Suriya dövlətinin nəzarətindən az-çox kənar qalan ərazilər daxildir. Silahlı toqquşmalar 2011-ci ildə Əsəd hakimiyyətinə qarşı inqilabın başladığı cənubda nisbətən sakitləşsə də, bəzən iğtişaşlar davam edib. Ucsuz-bucaqsız Suriya səhrasında, özlərini "İslam Dövləti" adlandıran qruplaşmalar hələ də təhlükəsizliklə bağlı təhdid yaradır. Şimal-qərbdə isə İdlib əyaləti müharibənin qızğın vaxtında oraya sıxışdırılımış silahlı qrupların nəzarətindədir. Hələbə qəfil hücum edən İdlibdə dominant qüvvə olan "Heyət Təhrir əl-Şam"dır. Suriya müharibəsi başlayanda məqsəd azad seçkilər və yeni konstitusiya ilə formalaşan gələcək idi. Ancaq bu, Əsəd və ailəsinin  ölkədən imtina etməsi demək idi. Münaqişədə yarım milyondan çox insanın həlak olması onların buna imkan verməmək əzmini təsdiqləyir. Əsəd rejiminin ləğv edildiyini  demək hələ tezdir. Ona  dəstəyin səbəbi var. Bəzi suriyalılara görə, üsyana rəhbərlik etmək üçün ortaya çıxan cihadçılara baxanda, Əsəd pislərdən ən yaxşısıdı. Ancaq sayı heç də az olmayan digər Əsəd əleyhdarı olan qruplar ayağa qalxarsa, onun rejimi yenidən ölümcül təhlükə ilə üz-üzə qalacaq.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 23:16
Şahbaz Şərif Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşdü

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

24.01.2025 | 11:48
Astarada 9 kiloqram narkotik dövriyyədən çıxarıldı

24.01.2025 | 11:30
İstanbulda mikroavtobus aşıb, 3 nəfər ölüb

24.01.2025 | 11:20
Bu qəsəbədə 2 əl qumbarası və partladıcılar tapıldı

24.01.2025 | 11:10
Nazirlik əməkdaşları özəl klinikada müqavimətlə üzləşdi- AÇIQLAMA

24.01.2025 | 11:05
Bir gündə 70 cinayətin üstü açılıb

24.01.2025 | 11:03
Lavrov - Mirzoyan dueli nə ilə bitdi? Qəribə oyunlar! - CANLI

24.01.2025 | 11:00
"Qarabağ" uduzdu, UEFA reytinqində mövqeyimiz dəyişmədi...

24.01.2025 | 10:30
Qazaxıstanda 4 terrorçu yaxalandı

24.01.2025 | 10:15
Tramp İrana "ilişdi" - "bu proses dünyanı fəlakətə sürükləyəcək"

24.01.2025 | 10:10
3 qızı öldürən şəxsə 52 il cəza verildi - Britaniya məhkəməsindən QƏRAR!

24.01.2025 | 10:05
Terror hücumu nəticəsində bir türk əsgəri şəhid olub

24.01.2025 | 10:00
Mərkəzi Kəşfiyyat İdarəsinə yeni direktor təyin edildi

24.01.2025 | 09:42
21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

24.01.2025 | 09:30
Şimali Koreya Rusiyaya əlavə qoşunlar göndərir - kəşfiyyat AÇIQLAMASI

24.01.2025 | 09:25
"TələbəPlus"dan sonra "TəhsilPlus" da gəldi - nə faydası olacaq...

24.01.2025 | 09:20
Bakıda kiberdələduzluq edən "şirkət rəhbəri" yaxalanıb

24.01.2025 | 09:10
Türkiyədə qalmaqallı menecer saxlanıldı

24.01.2025 | 09:05
Con Kennedinin qətli ilə bağlı məxfi materiallar yayımlanacaq - Tramp göstəriş verdi!

24.01.2025 | 09:00
Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

24.01.2025 | 08:37
Aliment fondu yaradılır - boşanmalara son, ya təkan?

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031