KÖHNƏ VERSİYA            

Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

Image

TƏBİB: "Qeyd edilən iradların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçiriləcək"

Şəkər ölçən aparatların striptlərini idxal etmək nədən iqtisadi baxımdan sərfəli deyil?

Son zamanlar şəkər xəstələrı üçun nəzərdə tutulan test ölçən cihazların çubuqları (striptlər) apteklərdən və poliklinikalardan yoxa çıxıb, tapılmır. Səbəbi isə dəqiq bəlli deyil. Ölkəyə dərman idxal edən şirkətlərin heç biri bizə rəsmi açıqlama vermək istəmədi. 

Sadəcə olaraq bildirdilər ki, bəzi test çubuqlarının xaricdə qiyməti qalxdığına görə onları ölkəyə gətirmək iqtisadi baxımdan səmərəli deyil. Bəzi test çubuqlarının isə istehsalı dayanıb.

Araşdırmalarımız nəticəsində bəlli oldu ki, şəkər ölçən aparatlar üçün test çubuqları ölkəyə iki qaydada gətirilir. Qaydalardan biri belədir ki, dərman idxali ilə məşğul olan şirkətlər daxili tələbatı nəzərə alaraq kommersiya məqsədi ilə, yəni dərman depolarına satmaq məqsədilə qanda şəkəri ölçmək üçün test aparatları və onun çubuqlarını ölkəyə gətirir. Bunun üçun şirkətin dərman idxalına icazəsi, ölkəyə gətirilən vasitənin idxalına icazə və istehsalçı şirkətlə idxalçı şirkət arasında müqavilə olmalıdır. Bu üç əsas sənəd idxalçı şirkətin əlində varsa, o, yerli tələbat olan dərman vasitələrinin ölkəyə gətirilməsində hec bir problem yaşamanalıdır. Əldə etdiyimiz məlumatlara görə, ölkədə bu sənədlərə malik olan xeyli sayda şirkət var. Amma son bir ayda şəkər ölçən aparatlar üçün test çubuqlarına geniş tələbatın olmasına rəğmən bu şirkətlərin həmin vasitələri lazımı sayda və çeşiddə itxal etməməsi sual doğurur. Bu tip test çubuqlari idxal edən "Arac" və "Nimo" şirkətlərinin rəsmiləri deyir ki, ölkəyə test çubuqları gətirmək iqtisadi baxımdan sərf eləmir. Amma onlar bu vasitənin hansı səbəbdən idxalının səmərəsiz olmasını bizim üçün aydınlaşdırmaqdan imtina etdilər. Görünür, qaranlıq məqamlar var.

TƏBİB nədən xəstələri kifayət qədər test çubuğu ilə təmin etmir ki, onların da sağlamlığı bu gün kommersiya şirkətlərindən asıli vəziyyətə düşsün? Belədə isə ölkə vətəndaşlarının sağlamlığına cavabdeh olan rəsmi qurum TƏBİB-dir. Əslində TƏBİB ölkə vətəndaşlarını tam olaraq təmin edən növdə və sayda qan şəkərini ölçmək üçün test çubuqları gətirməlidir. Bunun üçün TƏBİB tenderlər keçirib, şəkər xəstələrı üçün lazım olan bütün dərban və digər ləvazimatların, o cümlədən də həmin test çubuqlarını alıb ölkəyə gətirmək məqsədi ilə idxalçı şirkət seçir. Həmin idxalçı şirketə bütün dərman vasitələri şəkər xəstələrinin tələbatına uyğun sifariş verilməlidir. Lakin TƏBİB inisulindən istifadə edən bir xəstəyə 3 ay, digər şəkərsalan dərmanlardan istifadə edən xəstələr isə 6 ay müddət üçün cəmi 25 test çubuğu verir. Hər gün şəkərini ölçməli olan xəstə üçün bu heç bir aya da yetmir. 25 gündən sonra şəkər xəstəsi olan vətəndaş aptekləri gəzib, şəkər testi üçün çubuq axtarmalı olur. Dərman vasitələrini idxal edən şirkətlərin isə dövriyyəsini hökumət tənzimləyə bilmir. Bu məsələdə hökumətin tənzimləyici aləti TƏBİB-in keçirdiyi tenderlərdir ki, bu, insulin qəbul edən şəkər xəstələrinin test çubuğuna olan tələbatının cəmi 28 faizini ödəyir. Çunki  belə şəkər xəstələrinin əksəriyyəti hər gün qanda şəkərin miqdarını ölçmək məcburiyyətindədir. Bu səbəbdən bir xəstəyə üç ay ərzində azı 90 test çubuğu lazım olduğu halda, TƏBİB ona cəmi 25 test çubuğu verir. Qalan 65 test çubuğunu vətəndaş özü apteklərdən almalıdır. Nədən TƏBİB xəstələri kifayət qədər test çubuğu ilə təmin etmir ki, onların da sağlamlığı bu gün kommersiya şirkətkərindən asıli vəziyyətə düşür?

Yalnız TƏBİB-in verdiyi aparatların test çubuqları tapılmır

TƏBİB əsasən şəkər xəstələrini "FİA Biomed", "Conrur Puls", "Contur TS", "Nimo", "Medismart Sapphire", "Nimo" və "Right" markalı qanda şəkəri ölçən cihazlarla təmin edir. Apteklərdə də məhz bu cihazların striptleri tapılmir. Lakin şirkətlərin kommersiya məqsədilə gətirdiyi cihazlar üçün striptler apteklərdə var. Qeyd etdiyimiz kimi, TƏBİB xəstələrə kifayət qədər test çubuğu vermədiyindən kommersiya strukturları tələbatı nəzərə alaraq vaxtaşırı TƏBİB-in pulsuz verdiyi aparatlar üçün olan test çubuqlarının qiymətini qaldırır. Bəlkə də bu qıtlıq qiymətləri qaldırmaq üçün süni şəkildə yaradılıb.

Dərman dəllalları şəkər xəstələrını soyur

Qeyd edək ki, bu test çubuqlatının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Onun satış qiymətini kommersiya şirkətləri sərbəst tənzimləyə bilir. Bu səbəbdən də hökumətin pulsuz verdiyi aparatların striptlərinin qiyməti hər ay bahalaşır. Bir ayda test çubuqlarına verilən pula üç test aparatı almaq olar.

Deməli, TƏBİB çarəsiz şəkər xəstələrinin açıq şəkildə "dərman dəllalları" tərəfindən soyulmasına münbit şərait yaradıb. Elə isə sual olunur, şəkər xəstələrinin belə bir labirintə salınıb soyulmasında kimin marağı var? Bəlkə dərman idxal edən şirkətlərlə TƏBİB əlbirdir? Onu da qeyd edək ki, hökumət səhiyyə sahəsində TƏBİB-ə əhalinin sağlamlığını daha yaxşı qoruya bilmək üçün əlahiddə səlahiyyətlər verib. Bu səlahiyyətlər barədə danışmaq artıq başqa bir mövzudur. O da belə qoruyur...

TƏBİB çatışmazlıqları aradan qaldırmağa söz verdi

“Bakı-Xəbər” qəzetinin müxbiri yuxarıdakı araşdırmaların nəticəsi olaraq aşağıdakı suallarla TƏBİB-ə müraciət edib.

Son bir ayda dövlət tərəfindən təchiz edilən şəkər ölçən aparatlarının striptləri tapılmır. Xəstələr bununla bağlı redaksiyamıza müraciət edib, səbəbləri öyrənmək istəyir. Apteklərdə TƏBİB-in xəstələrə verdiyi şəkər aparatlarının striptləri tapılmır, bu nə ilə bağlıdır?

TƏBİB nəyə görə xəstələrə kifayət qədər qanda şəkərı ölçmək üçün test çubuğu vermir ki, xəstələr də gedib apteklərdə test çubuğu axtarır? 90 və ya 180 gün üçün 25 test çubuğu verilir. Nədən heç olmasa hər gün üçün bir test çubuğu vermirsiniz? İmkan yoxdumu?

TƏBİB suallarımıza aşapğıdakı cavabi verib: "Sorğunuza cavab olaraq bildiririk ki, hazırda şəkərli diabet xəstəliyi olan şəxslərə göstərilən illik tibbi yardımın həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı, həmçinin, həmin vasitələr və preparatlarla təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinn 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" ilə tənzimlənir.

Nəzərinizə çatdırırıq ki, sözügedən Qərar 19 il bundan öncə qəbul olunub. Bu illər ərzində dünya praktikasında şəkərli diabet xəstəliyinin idarəolunmasında dəyişikliklərin olması və öncəliklə ölkədə 2005-ci ildən bəri bu tip xəstələrin sayının 6 dəfə artmasını nəzərə alaraq, sözügedən xəstəlikdən əziyyət çəkən vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə müasir standartların tətbiqi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir. Bununla bağlı İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müasir tələblərə əsaslanaraq yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarına müvafiq dəyişikliklərin edilməsi ilə bağlı qərar layihəsi və növbəti illər üçün yeni dövlət proqramının layihəsi hazırlanmaqdadır.

Təklif olunan dəyişikliklərə şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliliyinin artırılması həmçinin, müraciətdə qeyd olunan məsələlərin həlli oz əksini tapmışdır. Bununla yanaşı, ilkin səhiyyə xidmətinin gücləndirilməsi və keyfiyyətinin artırılması sahəsində də müvafiq tədbirlər həyata keçiriləcək".

Akif NƏSİRLİ







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 23:16
Şahbaz Şərif Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşdü

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

24.01.2025 | 11:48
Astarada 9 kiloqram narkotik dövriyyədən çıxarıldı

24.01.2025 | 11:30
İstanbulda mikroavtobus aşıb, 3 nəfər ölüb

24.01.2025 | 11:20
Bu qəsəbədə 2 əl qumbarası və partladıcılar tapıldı

24.01.2025 | 11:10
Nazirlik əməkdaşları özəl klinikada müqavimətlə üzləşdi- AÇIQLAMA

24.01.2025 | 11:05
Bir gündə 70 cinayətin üstü açılıb

24.01.2025 | 11:03
Lavrov - Mirzoyan dueli nə ilə bitdi? Qəribə oyunlar! - CANLI

24.01.2025 | 11:00
"Qarabağ" uduzdu, UEFA reytinqində mövqeyimiz dəyişmədi...

24.01.2025 | 10:30
Qazaxıstanda 4 terrorçu yaxalandı

24.01.2025 | 10:15
Tramp İrana "ilişdi" - "bu proses dünyanı fəlakətə sürükləyəcək"

24.01.2025 | 10:10
3 qızı öldürən şəxsə 52 il cəza verildi - Britaniya məhkəməsindən QƏRAR!

24.01.2025 | 10:05
Terror hücumu nəticəsində bir türk əsgəri şəhid olub

24.01.2025 | 10:00
Mərkəzi Kəşfiyyat İdarəsinə yeni direktor təyin edildi

24.01.2025 | 09:42
21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

24.01.2025 | 09:30
Şimali Koreya Rusiyaya əlavə qoşunlar göndərir - kəşfiyyat AÇIQLAMASI

24.01.2025 | 09:25
"TələbəPlus"dan sonra "TəhsilPlus" da gəldi - nə faydası olacaq...

24.01.2025 | 09:20
Bakıda kiberdələduzluq edən "şirkət rəhbəri" yaxalanıb

24.01.2025 | 09:10
Türkiyədə qalmaqallı menecer saxlanıldı

24.01.2025 | 09:05
Con Kennedinin qətli ilə bağlı məxfi materiallar yayımlanacaq - Tramp göstəriş verdi!

24.01.2025 | 09:00
Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

24.01.2025 | 08:37
Aliment fondu yaradılır - boşanmalara son, ya təkan?

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031