KÖHNƏ VERSİYA            

Gürcüstanda köhnə prezident getmir, yenisi gələ bilmir - Qərb prosesləri buxovladı...

Image

Gürcüstanda Qərbin siyasi böhran yaratmaq səyləri davam edir. Belə görünür ki, Qərb ölkəni vətəndaş qarşıdurmasına və siyasi böhrana sürükləmək istəyir. Elə bu fonda prezident Salome Zurabişvili səlahiyyətlərinin başa çatmasından və yeni dövlət başçısı seçildikdən sonra istefa verməkdən imtina edib.

Xatırladaq ki, qonşu ölkədə hökumət Avropaya inteqrasiya prosesini ən azı 2028-ci ilə qədər dondurub və ABŞ buna cavab olaraq Tiflis ilə strateji tərəfdaşlığı dayandırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun  Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarını dayandırmasına təəssüf etdiyini deyib. Miller buna görə Tiflis ilə strateji tərəfdaşlığı dayandırdıqlarını açıqlayıb: “Birləşmiş Ştatlar polisin sərbəst toplaşma və ifadə, o cümlədən dinc etiraz azadlığından istifadə edən gürcüstanlılara qarşı aşırı gücə əl atmasını pisləyir. “Gürcü Arzusu”nun fərqli antidemokratik hərəkətləri ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığının əsas prinsiplərini pozub. Bu tərəfdaşlıq demokratiya, hüququn aliliyi, vətəndaş cəmiyyəti, insan haqları və fundamental azadlıqlara, anti-korrupsiya səylərinə hörmət kimi birgə dəyər və öhdəliklərə əsaslanırdı. Nəticədə ABŞ bu mexanizmi dayandırıb”. Bu fonda Gürcüstanın ABŞ-dəki səfiri David Zalkalianinin istefaya getdiyini yazır. Onun Gürcüstan hökumətinin Aİ-yə üzvlük danışıqlarını dondurmaq qərarına etiraz olaraq istefaya getdiyi bildirilib. Son günlərdə hökumətin qərarına etiraz olaraq Gürcüstanın Bolqarıstan, Niderlanddakı səfirləri və İtaliyada səfir vəzifəsinin müvəqqəti icraedicisi istefaya gedib. Amma hakim “Gürcü Arzusu” partiyası hər şeyin plan üzrə getdiyini bəyan edir. İndi əsas diqqət prezident postuna yönəlib. İndiki prezident Salome Zurabişvili deyib ki, qeyri-legitim parlamentin yeni prezidentin inauqurasiyasını həyata keçirməsi “baş verməyəcək”, çünki legitim parlament yeni prezident seçənədək onun mandatı qüvvədə qalır: “Siyasi prosesin başında duracaq, prezidentiniz kimi qalacağam. Legitim parlament yoxdur, qeyri-legitim parlament yeni prezident seçə bilməz, buna görə də andiçmə olmayacaq”. O, “Yeni Gürcüstan”a doğru siyasi prosesə başçılıq etməyə, ölkənin müstəqilliyi və Avropaya inteqrasiya yoluna sadiqliyini bir daha bəyan edib. Zurabişvili ictimaiyyəti və siyasi partiyaları Gürcüstanın gələcəyinin formalaşdırılması üçün birlikdə işləməyə çağırıb. Xatırladaq ki, hər şey noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqının onun ölkəsinə qarşı həddən artıq təhqirə yol verdiyini elan etməsi ilə başlayıb. “Gürcü Arzusu” ölkənin 2028-ci iləcən Avropa İttifaqına üzvlük danışıqlarından imtina etdiyini açıqlayandan sonra ölkədə etiraz aksiyaları başlayıb. Partiya Gürcüstanda prezident seçkisinin dekabrın 14-də, inauqurasiyanın isə dekabrın 29-da keçiriləcəyini açıqlayıb.  “Gürcü Arzusu” Zurabişvilinin altı illik prezidentlik müddətinin dekabrın 16-da başa çatdığını bildirib. Hakim partiya futbol veteranı Mixail Kavelaşvilini prezidentliyə təsdiqləməyi planlaşdırır.

Baş verənlər fonunda Avropa İttifaqına inteqrasiyanın dayandırılmasını  Gürcüstan müxalifəti konstitusiya çevrilişi cəhdi kimi qəbul edib, çünki ölkənin əsas qanununda Aİ və NATO-ya daxil olmaq istəyi öz əksini tapıb. Zurabişvili şəxsən bütün aidiyyəti şəxsləri “Gürcü Arzusu” hökumətini devirmək üçün etirazlara qoşulmağa çağırıb. O, orduya və hüquq-mühafizə orqanlarına da müraciət edib. Düzdür, təhlükəsizlik qüvvələri ona qulaq asmayıb. O vaxtdan Tiflisin mərkəzində axşamdan səhərə kimi küçə döyüşləri gedir. Əksəriyyəti gənclərdən ibarət olan etirazçılar polisə daş, fişəng ataraq vəziyyəti gərginləşdirirlər. Təhlükəsizlik qüvvələri su şırnaqları, gözyaşardıcı qaz və dəyənəklərlə cavab verir. Gürcü politoloq Arçil Sixarulidze məsələ ilə bağlı bildirir: “Etirazlara gələnlərin çoxu davalarda iştirak etmir. Bunu adətən 15-30 yaş arası gənclər edir... Amma bu həmişə belə olmayıb. Bu, 2019-cu ildə “Qavrilovun gecəsi”ndə başladı. Bəzi gənclər ekstremizm formasında siyasi fəaliyyət göstərə biləcəklərini qərara alıblar. Üstəlik, bu, Avropa bayraqları altında baş verir. Bir qayda olaraq, gənclər müxalifəti sevmirlər, lakin bu yolla Gürcüstanı Aİ-yə yaxınlaşdıra biləcəklərini düşünərək mübarizə aparmağa hazırdırlar”. Hər dəfə toqquşmalar polisin rəsmi qələbəsi ilə başa çatsa da, zaman tdikcə çətinləşir. Xüsusən də “Gürcü Arzusu”nun əleyhdarlarının barrikadaları getdikcə daha da möhkəmlənir və dekabrın 1-nə keçən gecə parlament binasını yandırmağa nail olublar. Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin “qeyri-öldürücü silah” anbarında hələ də səs-küylü qumbaralar və rezin güllələr var. Bütün bunların fonunda Gürcüstan diplomatların könüllü istefa verməsi ilə bağlı xəbərlər durumu daha da ağıralaşdırır. Lakin hakim partiyaya görə, bunda qeyri-adi heç nə yoxdur. Məsələn, may ayında xarici agentlər haqqında qanuna etirazlar fonunda Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili istefa verib. O, indiki itaətsizlik aktlarında iştirak edir. Diplomat məsələ ilə bağlı qeyd edir:  “Gələcəkləri üçün narahat olan bu gəncləri görürəm. Mən bir ata və yaşlı nəslin nümayəndəsi kimi onlara dəstək olmağı, ölkəmizin gələcəyi haqqında onlarla birlikdə hayqırmağı özümə borc bilirəm”. Həmçinin Tiflis meriyasının 200-ə yaxın əməkdaşı “Gürcü Arzusu”nun siyasətləri ilə razılaşmadığını bildirib. Buna baxmayaraq, “Gürcü Arzusu”nun liderləri bildirir ki, heç bir xüsusi hadisə baş vermir. Belə ki, partiyanın icraçı katibi Mamuka Mdinaradze hesab edir ki, Vaşinqton konkret olaraq strateji tərəfdaşlığa xitam verdiyini elan edib, çünki etirazçılarda sürət yoxdur. Eyni zamanda o, vurğulayıb ki, Tiflis respublikaya ABŞ-la vizasız rejim, birbaşa uçuşlar və azad ticarət təmin etmədən münasibətlərin bərpasına razılıq verməməlidir. Kobaxidze öz növbəsində ABŞ-Gürcüstan münasibətlərinin gələcəyi barədə yalnız ABŞ-ın növbəti prezidenti Donald Trampın administrasiyası ilə danışacağını bildirib. Ekspertlər bir məsələdə razılaşır ki, hələlik küçə toqquşmaları “Gürcü Arzusu” hökuməti üçün ciddi təhlükə yaratmır. Etirazlar gözlənilən idi. Eyni zamanda, çoxları müxalifətin indi olduğundan daha güclü çıxacağını düşünürdü. Eyni sözləri onun seçki nəticələri haqqında da demək olar. “Gürcü Arzusu”nun əleyhdarları dağınıqdırlar və xarizmatik liderləri yoxdur”. Zurabişvilinin davranışına gəlincə, ekspertlər hesab edir ki, Gürcüstan prezidenti qaçılmaz istefasından sonra müqavimət hərəkatına rəhbərlik etməkdənsə, çox güman ki, Fransaya gedəcək. çünki o, həm də bu ölkənin vətəndaşıdır.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

23.01.2025 | 20:25
Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

23.01.2025 | 20:11
Baydenin Trampla Bakının arasına buraxdığı daha bir problem - USAİD...

23.01.2025 | 19:58
SOCAR-ın xarici aeroportda sərmayə qərarı nə qədər qazanclı olacaq...

23.01.2025 | 19:44
Misilsiz layihə - 3 ölkənin qaz və elektrik sistemləri birləşdirilir, Azərbaycan açar mövqedədir...

23.01.2025 | 19:30
Tramp Rusiyaya qarşı planlarının bəzi maddələrini açıqladı...

23.01.2025 | 19:17
Azərbaycanın "Yaşıl dəhliz" strategiyası işləməyə başladı...

23.01.2025 | 19:11
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edildi

23.01.2025 | 19:10
Prezident bəzi fərmanlarda dəyişiklik etdi

23.01.2025 | 19:07
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ƏDV-dən azad edildi

23.01.2025 | 19:05
Prezident Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı sərəncam imzaladı

23.01.2025 | 18:55
Avropa Şurasında Azərbaycana qarşı növbəti düşmənçilik edildi...

23.01.2025 | 18:41
Azad rayonlarda enerji istehsalı regionların inkişafında mühüm mərhələdir...

23.01.2025 | 18:28
Kreml rəsmiləri Trampla görüş üçün əldən-ayaqdan gedir - Trampdan hələ uyğun cavab yoxdur...

23.01.2025 | 18:23
İrana casusluq edən gəmi kapitanının cəzası dəyişmədi - 16 il...

23.01.2025 | 18:14
Azərbaycanın xarici ticarətində narahatlıq yaradan göstərici - üç dəfə azalıb...

23.01.2025 | 17:58
Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

23.01.2025 | 17:45
Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

23.01.2025 | 17:32
Bakıda 5-ci sinif rus bölməsində qalmaqal...

23.01.2025 | 17:26
Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

23.01.2025 | 17:20
Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

23.01.2025 | 17:15
Narkotiklərin satışında ittiham edilən tiktokerə 5 il 1 ay iş verildi

23.01.2025 | 17:08
Trampdan daha bir radikal qərar - ABŞ qoşunları Avropadan çıxarılır...

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:15
Qəhrəmanlıq zirvəsinə ucalanlar

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

22.01.2025 | 18:53
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031