Əsədin Türkiyəyə təcili heyət göndərdiyi xəbəri yayıldı - Antalyada Dəməşq-Ankara görüşü gözlənilir...
Suriyada rejimə qarşı “Həyat Təhrir əş-Şam” (HTŞ) təşkilatının qəfil hücumundan sonra Bəşər Əsədin Türkiyəyə bir heyət göndərdiyi xəbəri yayılıb. Suriyadakı müxalif qruplara yaxınlığı ilə tanınan Suriya televiziyası Əsəd rejiminin nümayəndə heyətinin danışıqlar aparmaq üçün Türkiyəyə gəldiyini iddia edib. Xəbərdə kritik görüşün Antalyada baş tutacağı bildirilib.
Bundan əlavə, eyni xəbərdə Əsəd rejiminin Türkiyə ilə Dəməşq arasındakı danışıqlarda Misirin vasitəçi olmasını istədiyi, lakin bu tələbin rədd edildiyi bildirilir.
Xəbərdə Dəməşq rəhbərliyinin göndərdiyi təhlükəsizlik heyətinin Ankara əvəzinə Antalyada görüşlər keçirəcəyi və heyətin Türkiyəyə çatmaq üzrə olduğu bildirilib. Lakin görüşün təfərrüatları və tərəflərin gündəliyində duran konkret məsələlərlə bağlı rəsmi açıqlama verilməyib.
TAHİR