Suriya azı 4 yerə bölünəcək ...Əsəd "keçi qiymətinə" satılır...David koridoru gerçəkləşə bilər....
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələr barədə maraqlı paylaşım edib. A.Quliyev yazır: "Suriya bölünür. Son 8 ildə ilk dəfə olaraq ölkənin 2- ci böyük şəhəri Hələb Əsədə qarşı ən güclü qüvvə olan, Türkiyənin təsirindəki Suriya Milli ordusu tərəfindən tutulmaq üzrədir. Suriyanın İraqla qonşu əsas bölgələri olan Hasake, Rakka ABŞ nəzarətindəki PKK- YPG- PYG terror qüvvələrinin əlindədir. Livanda əməliyyatları səngidən İsrail Suriyanın cənubda İordaniya ilə sərhədləri boyunca taa İraq sərhədlərinə qədər bəzi adamlara fantastik görsənən "Davud dəhlizinin" açılması üçün hərəkətə başlamaq üzrədir.
Belə şəraitdə Türkiyə dura bilməz və mənim ehtimallarıma görə Türkiyənin dəstək verdiyi Suriya Milli ordusu Hələb- hama- hums xətti boyu Şama doğru hərəkətə başlayacaq. ABŞ və PKK- YPG- PYG- nın birgə nəzarətində olan Rakka- Hasake bölgələrinin İsrailin açmaq istədiyi Davud dəhlizi ilə birləşməsinin qarşısını almağın tək yolu budur. Əgər Davud dəhlizi ilə ABŞ- ın nəzarətindəki bölgələr birləşdirilsə, bu Əsəd rejiminin də sonu olmaqla bərabər İran üçün olduqca təhlükəli bir vəziyyətin yaranması demək olacaq. Bu həm də Türkiyənin və Rusiyanın mənafelərinə böyük zərbədir. Ona görə də Suriyada Türkiyənin, İranın və Rusiyanın həmişəkindən daha sıx birlikdə olmalarına böyük ehtiyac var. Beləliklə , Suriya Rusiyanın, Türkiyənin, ABŞ- ın, İranın, PKK ilə İsrailin nəzarətində olmaqla bir neçə nüfuz dairəsinə bölünmək üzrədir. Bu bölgüdə Əsədlərin ailə xanədanına yer ayrılıb - ayrılmadığını hələ söyləmək çətindir. Böyük ehtimalla Əsəd "keçi qiymətinə" satılacaq.

Suriyada daxili müharibənin Hezbullah- İsrail atəşkəsindən sonra qızısması və ABŞ- ın da bunu dəstəkləməsi heç təsadüfə oxşamır...."
Mətləb