"Elmi dərəcə insanın alim olduğunu bildirmir" - Emin Əmrullayev
Elmi dərəcə insanın alim olduğunu bildirmir. Alim olmaq üçün elmi nailiyyət olmalıdır. Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, elmin imitasiyası yox, elmin özü lazımdır.
“Əsas problem odur ki, elmi dərəcəsi olub, elmi nailiyyəti olmayan insanlara alim deyirik. Biz onlara “sən alim deyilsən” deməyə utanırıq.
Ümumilikdə isə elmi məqalələrin sayı artır. Bu isə bizi sevindirir. Nazirlik olaraq, elmi nəticələrə görə əlavə mükafatların verilməsinə başladıq. Bu proses hələ başlanğıcdır. İlkin mərhələdə bu səhv addım kimi görünə bilər və tənqid oluna bilərik. Lakin biz hardansa başlayıb, addım atmalı, həvəsləndirici tədbirlər görməli idik”,- deyə nazir bildirib.