Ayxan Hacızadədən Aİ rəsmisinə cavab - gedin diqqətinizi üzv dövlətlərin daxili problemlərinə yönəldin...
Seçkilər Azərbaycan Konstitusiyasına və onun milli qanunlarına tam uyğun olaraq keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa ittifaqının seçkilərlə bağlı paylaşamına cavab olaraq "X" sosial media hesabında qeyd edib.
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun belə bir subyektiv iddia və qərəzli siyasi mülahizəsi ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Avropa Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə uğursuz müdaxilə kursunun mənasızlığını dərk etməyə və diqqəti bəzi Avropa İttifaqına üzv dövlətlərin daxili problemlərinə yönəltməyə çağırırıq", - deyə paylaşımda bildirilib.
TAHİR