KÖHNƏ VERSİYA            

Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycanın Dövlət Başçılarının görüşündə çıxış edib - FOTO/YENİLƏNDİ

Image

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib.

Azərbaycan Prezidenti tədbirdə çıxış edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli dövlət başçıları.

Əziz dostlar.

İlk növbədə, Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkür etmək istərdim.

Ötən il mən Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etmişəm.

Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.

Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.

Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm.

Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.

Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.

Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm.

Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.

Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram.

Diqqətinizə görə təşəkkür edirəm.








VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

SON XƏBƏRLƏR

17.09.2024 | 12:00
Məsud Pezeşkian Nyu-Yorka səfər edəcək

17.09.2024 | 11:30
Türkiyəli aktyor bu serialın hər bölümü üçün 3,5 milyon qazanacaq...

17.09.2024 | 11:20
Makrona ŞOK - sabah impiçmenti müzakirəyə çıxarılacaq

17.09.2024 | 11:15
Fiziki xidmətlərin 15 faizi rəqəmsal formaya keçəcək- rəsmi açıqlama

17.09.2024 | 11:06
Naxçıvanda hərracda satılan əmlakların sayı açıqlandı

17.09.2024 | 11:00
"Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir" - Azərbaycan QHT-ləri

17.09.2024 | 10:30
"Ən böyük risk Ukraynada Putinin qələbəsi olacaq" - Stoltenberqdən ETİRAF

17.09.2024 | 10:20
Bu ölkədə qasırğada ölənlərin sayı 220 nəfəri ötdü

17.09.2024 | 10:16
Türkiyədə 2 təhlükəli terrorçu öldürülüb - nazir sosial şəbəkə hesabında açıqladı

17.09.2024 | 10:06
Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib - SƏBƏB?

17.09.2024 | 10:00
II Bakı Təhlükəsizlik Forumu keçirilib

17.09.2024 | 09:30
Sabunçunun bu ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

17.09.2024 | 09:25
Xarici ticarətimizdə profisit 13-dən 4 milyard dollara düşüb - 3 ildir niyə belə olur?...

17.09.2024 | 09:15
Antoni Blinken Misir yolçusudur

17.09.2024 | 09:14
Yer kürəsində güclü maqnit qasırğası başlayıb- XƏBƏRDARLIQ

17.09.2024 | 09:10
Sabunçuda 2 avtomobil toqquşub

17.09.2024 | 09:06
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıdadır

17.09.2024 | 09:00
Tramp Bayden və Harrisi "topa tutdu" - sui-qəsdə görə onlar günahkardır!

17.09.2024 | 08:46
“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

17.09.2024 | 08:42
Bu xəstəxanalarda direktor müavini işləmək istəyənlər yoxdur?..

17.09.2024 | 00:49
ABŞ 60-dan çox Gürcüstan rəsmisinə və onların ailə üzvlərinə sanksiya tətbiq etdi...

17.09.2024 | 00:06
ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının görüş imkanını nəzərdən keçirir - Dövlət Departamenti açıqladı

16.09.2024 | 21:14
Ermənilər "slavyan sivilizasiyasının da baniləri" imişlər... Yeni iddia

16.09.2024 | 20:58
Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

16.09.2024 | 20:43
Mərkəzi Asiyaya qlobal maraq artır - regiona giriş qapısı Azərbaycandır...

16.09.2024 | 20:29
Pezeşkiyan Kürdüstanda Türkiyə və İsrailə qarşı çoxsaylı gediş etdi...

16.09.2024 | 20:14
Rusiya "Zəngəzur dəhlizi"ndə Azərbaycan əleyhinə oynamağa başladı...

16.09.2024 | 20:10
MSK seçkilərlə bağlı yekun sənədləri Konstitusiya Məhkəməsinə təqdim etdi

16.09.2024 | 20:00
"Müəllimlərin yerdəyişmə biznesi" - Azərbaycanda yeni növ biznes iddiaları…

16.09.2024 | 19:47
İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - İnanılmaz fenomen...

16.09.2024 | 19:34
Ermənistan Fransa ilə daha bir hərbi müqavilə imzaladı...

16.09.2024 | 19:20
Muğanlı məktəbliləri yeni tədris ilinə təzə binada başladılar

16.09.2024 | 19:12
Hərtərəfli inkişaf etmiş nəslin yetişdirilməsi Azərbaycanın prioritetidir

16.09.2024 | 19:00
Elzaya qarşı "şeirdə gizli pornoqrafiya" ittihamları - AYB müdaxilə edəcəkmi...

16.09.2024 | 18:53
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirildi - FOTO/VİDEO

16.09.2024 | 18:46
Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

16.09.2024 | 18:40
"Azərbaycanın səyləri nəticəsində bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb" - Prezident İlham Əliyev

16.09.2024 | 18:37
ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

16.09.2024 | 18:33
İsveçdən Azərbaycana neçə miqrant qayıdacaq? – Özləri ilə 10 minlərlə avro gətirə bilərlər...

16.09.2024 | 18:30
Paşinyan: "Cənubi Qafqazda münaqişələrə son qoymaq üçün tarixi imkanımız var"

16.09.2024 | 18:20
20 milyon manat Nəcməddin Sadıqova necə verilib? - Əsaslı ittihamlara cavab verilmir...

16.09.2024 | 18:07
Evlənməkdən imtina edən gənclərimizin sayı artır - demoqrafik həyəcan...

16.09.2024 | 17:52
İngilis kəşfiyyatının şefi amerikalı həmkarı ilə görüşdən sonra Bakıya niyə gəlmişdi...

16.09.2024 | 17:39
“Musiqi həyatımın hamısı deməkdir”... - Gənc istedad Ayşə Məmmədova

16.09.2024 | 17:25
Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

16.09.2024 | 17:19
Tokayev Almaniya kanslerinə Rusiyanın hərbi cəhətdən yenilməz olduğunu dedi...

16.09.2024 | 17:10
Xaricdə işə düzəltmə vədi ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən “Tempo Trips” və “365 Tourism" MMC-yə işi açıldı

16.09.2024 | 16:47
BMU-da yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib

16.09.2024 | 16:38
DİN-in maarifləndirmə işləri müsbət nəticəsini verir - kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma var...

16.09.2024 | 16:19
Şamaxda Heydər Əliyev Fondunun inşa etdiyi 460 şagird yerlik yeni məktəb binası istifadəyə verildi

16.09.2024 | 16:10
Formula 1 həftəsindən sonra Bakının bütün yolları tam açıldı

16.09.2024 | 16:06
Sevgisi Vətən olan şəhid Aqil doğum günündə anıldı... - FOTO

16.09.2024 | 15:56
Birinci vitse-prezident Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram" - VİDEO

16.09.2024 | 15:54
Trampın qətlinə cəhd edən şəxsin Ukrayna ilə əlaqəsi olduğu iddia edildi - Kremldən də açıqlama gəldi...

16.09.2024 | 15:40
İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər yaxalandı - VİDEO

16.09.2024 | 15:16
İlon Maskdan haqlı sual - Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?..

16.09.2024 | 14:46
Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi

16.09.2024 | 14:30
Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirildi

16.09.2024 | 13:52
Milli Məclisə seçkilərə yekun vuruldu

16.09.2024 | 13:38
Parlamentdə 11 siyasi partiya təmsil olunacaq...

16.09.2024 | 13:23
Bu il İİV-ə yoluxlardan 52 nəfər narkotik istifadəçisi olub

16.09.2024 | 13:14
Nöqsanlara görə 35 məntəqə seçki komissiyası buraxıldı

16.09.2024 | 13:03
Оверчук лично разоблачил русско - армянский спектакль - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.09.2024 | 12:47
32 ildən sonra Şuşada ilk dərs günü... - FOTO

16.09.2024 | 12:23
"Aztelekom" internetdən imtina edənləri cərimələyir? - RƏSMİ AÇIQLAMA

16.09.2024 | 12:20
Qərbin İrəvanı silahlandırmasında əsas məqsəd...

16.09.2024 | 12:13
Mir Cəlalın “Nizami Gəncəvi dünyası” kitabının təqdimat mərasimi olub

16.09.2024 | 12:08
Xocalıda 32 ildən sonra ilk zəng çalındı - FOTO

16.09.2024 | 12:00
Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin bu addımını pislədi

16.09.2024 | 11:53
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib...

16.09.2024 | 11:51
Azərbaycan şəhidlərini Vikipediyadan kim(lər) çıxarıb? Elyar İslamoğlu ilə geniş müzakirə... - CANLI

16.09.2024 | 11:30
Qusarda yük avtomobili dərəyə aşıb, sürücü ölüb

16.09.2024 | 11:20
Kiberhücumların sayında kəskin artım var - Dövlət Xidməti məlumat yaydı

16.09.2024 | 11:18
Vardanyanın Ağdərədə biznesindən eksklüziv görüntülər yayıldı

16.09.2024 | 11:18
Bakıda 23 yaşında 22 min dollarlıq dələduzluq edən şəxs yaxalanıb...

16.09.2024 | 11:15
Yeni tədris ilində Naxçıvanda birinci sinfə gedən şagirdlərin sayı açıqlandı

16.09.2024 | 11:06
Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub

16.09.2024 | 11:00
Makron dayanmır - Fransa Ermənistana daha 29 milyon avro ayıracaq!

16.09.2024 | 10:30
Türkiyəli məşhur aktyor evləndi

16.09.2024 | 10:18
Ukrayna Belqoroda hücum edib, 8 nəfər yaralanıb

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30