Ukrayna ordusu Kurskda 10 km irəliləyib - 11 yaşayış məntəqəsini ələ keçiriblər...
Ukrayna ordusu Rusiyanın Kursk vilayətində 10 kilometr dərinliyə daxil olublar. Bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Qeyd edilir ki, Ukraynanın zirehli texnikası beynəlxalq səviyyədə tanınmış sərhəddən təxminən 10 kilometrə, 38K-030 magistral avtomobil yolu boyunca mövqelərə daxil olub.
Analitiklərin fikrincə, bütün bunlar Ukraynanın qüvvələrinin ən azı iki rus müdafiə xəttini və möhkəmləndirilmiş məntəqəni yarması deməkdir.
Müharibə Araşdırmaları İnstitutu rus mənbəyə istinadən yazır ki, Ukrayna ordusu Kursk bölgəsində 45 kvadrat kilometr ərazini zəbt ediblər.
Digər rus mənbələrinə əsasən, Ukraynanın qüvvələri ümumilikdə 11 yaşayış məntəqəsini ələ keçiriblər. Hazırda Korenovo və Sucinin ətrafında döyüşlər gedir.
TAHİR