"ABŞ-nin bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk etdi" - Səfirlik
ABŞ-nin bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk etdi. Trend xəbər verdiyi kimi, bu barədə ABŞ-nin İrəvandakı səfirliyinin açıqlamasında deyilir.
"İyulun 24-də ABŞ və Ermənistan arasında operativ əməkdaşlığı genişləndirmək üçün nəzərdə tutulmuş “Eagle Partner 2024” sülhməramlı təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, ABŞ-nin bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk edib" - açıqlamada deyilir.
Qeyd edək ki, "Eagle Partner 2024" birgə hərbi təlimləri iyulun 15-i başlayıb.
ABŞ-nin Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyası ilə birgə keçirilən təlimlər iyulun 24-dək uzadılıb