Bazar günü, 12 Yanvar 2025
KÖHNƏ VERSİYA            

“Belfast Sazişi” Ermənistanın konstitusiya dəyişikliyi üçün əla nümunədir...

Image

Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiası yer aldığından, bu hal Cənubi Qafqazda sülh prosesinə ciddi əngəl yaradır. İndi Ermənistanda yeni geosiyasi və regional şərait nəzərə alınaraq, bu ölkənin yeni baş qanununun hazırlanması vacibdir.

Çünki Ermənistandakı proseslər göstərir ki, bu gün hər hansı sülh müqaviləsi imzalansa belə, revanşist qüvvələr sonradan bunu qəbul etməyə bilərlər. Ona görə Azərbaycan haqlı olaraq hesab edir ki, sülh üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir.

Xatırladaq ki, Ermənistan konstitusiyası 5 iyul 1995-ci ildə qəbul edilib. 2005 və 2015-ci illərdə konstitusiyaya dəyişikliklər edilib. Ermənistan Konstitusiyasının 1-ci maddəsində deyilir: "Erməni xalqı, Ermənistanın İstiqlal Bəyannaməsində təsbit edilmiş Ermənistan dövlətçiliyinin təməl prinsiplərini və ümummilli hədəfləri əsas götürərək, suveren dövlətin bərpası üçün azadlıqsevər əcdadlarının müqəddəs əmrini yerinə yetirərək, nəsillərin azadlığına, ümumi rifaha, vətəndaş həmrəyliyinə təminat və universal dəyərlərə sadiqlik ümidi ilə Vətənin möhkəmlənməsi və çiçəklənməsinə sadiq qalaraq Ermənistan Respublikası Konstitusiyasını qəbul edib”.  Bəyannaməndə bildirilir ki, bu sənəd “1989-cu il 1 dekabrda Ermənistan SSR Ali Sovetinin və Artsax Milli Şurasının birgə qəbul etdiyi “Ermənistan SSR və Dağlıq Qarabağ Vilayətinin birləşməsi” haqqında ortaq qərara əsaslanır”. Bəyannamə isə dövlətin adından qəbul edilmiş ali hüquqi dəyərə malik akt kimi qonşu Türkiyə Respublikasının şərq əyalətlərini “Qərbi Ermənistan” adlandırır, Qarabağın Ermənistan ilə birləşməsi haqqında ortaq qərara əsaslanır. Bu isə Ermənistanın Konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü göstərir. Azərbaycan da məhz bunun aradan qaldırlmasını tələb edir. Özü də dünya praktikasında bu xüsusda presedentlər də var. Məsələyə bu fonda nəzər salan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə görə, hazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi beynəlxalq hüquqa aiddir və daxili məsələ deyil, çünki Bakı və İrəvan sülh sazişi üzərində işləyir: “Ermənistanda konstitusiyanın əsaslandığı bir qrup qanunvericilik aktı Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyi tanımır. Vaxtilə Robert Köçəryan, Ermənistanda 5 illik yaşayış tələbinin olmamasına baxmayaraq, prezident seçilib və bu ölkənin Konstitusiya Məhkəməsi onun o vaxt Qarabağda yaşamasını Ermənistan ərazisində yaşaması hesab edib. Buna görə də təbii ki, bu məsələ həllini tapmalıdır”. O vurğulayıb ki, “Belfast Sazişi” bu məsələdə presedent ola bilər: “Bu, 1998-ci ildən bəri ən yaxşı və nisbətən yeni presedentdir. Bu sazişə əsasən, İrlandiya konstitusiyasına dəyişiklik etməyi və Böyük Britaniyanın Şimali İrlandiya üzərində tam suverenliyini tanımağı öhdəsinə götürmüşdü”. F.Şəfiyevin fikrincə, ola bilsin ki, sülh sazişində Ermənistanın konstitusiyaya dəyişiklik etmək öhdəliyinə bir növ istinad olsun: “Lakin sülh sazişi imzalanmazdan əvvəl Ermənistanın əsas qanununa dəyişiklik edilməsi prosesini başa çatdırmaq məqsədəuyğundur. Əgər o vaxta qədər bu nəticə verməsə, o zaman Ermənistan konstitusiyasına sülh sazişi imzalanandan bir il ərzində düzəlişlər edilməsi ilə bağlı konkret müddət göstərilməlidir”.

Qeyd edək ki, Şimali İrlandiya 1921-ci ildə yaradılmış və İrlandiyanın qalan hissəsi müstəqil dövlət olduqdan sonra Böyük Britaniyanın tərkibində qalmışdı. Bu, Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmasını istəyən həmkarlar ittifaqı üzvləri ilə İrlandiya Respublikasının bir hissəsi olmaq istəyən millətçilər arasında əhalinin parçalanmasına səbəb oldu. 1960-cı illərin sonundan etibarən hər iki tərəfdəki silahlı qruplar, məsələn, İrlandiya Respublika Ordusu və Olster Könüllü Qüvvələri bombardmanlar və atışmalar həyata keçirdi. Nəticədə Britaniya qoşunları da Şimali İrlandiyaya göndərildi. Bu hal təxminən 30 il davam etdi. 10 aprel 1998-ci ildə imzalanmış “Belfast Sazişi” Şimali İrlandiyada yeni bir hökumət vasitəsilə hakimiyyəti bölüşmək üçün birlikçi və millətçi liderlər arasında bağlanmış bir pakt oldu.  Müqavilə qəbul edir ki, Şimali İrlandiyada əksəriyyət Böyük Britaniyanın tərkibində qalmaq istəyir və əhəmiyyətli azlıq birləşmiş İrlandiyanı dəstəkləyir. O, həmçinin qəbul edir ki, İrlandiya adasında bütövlükdə birləşmiş İrlandiyanı istəyən çoxluq var. Müqavilə bütün bu fikirləri etibarlı hesab edir. Ən əsası isə, “Belfast Sazişi”nə əsasən, 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitisiyası haqqında qanunlar ləğv olundu. Bu fonda  yeni qaydalar müəyyən edildi. Şimali İrlandiyanın Konstitusiyasınln 2-ci və 3-cü maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu. İndi bunun Ermənistanın konstitusiyasında təsbit edilməsi mümkündür. 

Tahir TAĞIYEV







VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

SON XƏBƏRLƏR

12.01.2025 | 14:35
Putin Trampdan NATO-nu şərq sərhədlərindən çəkməsini istəyəcək...

12.01.2025 | 14:14
"Şahdənizdən" Bolqarıstan və Serbiyaya qaz nəqlinin dayanması ətrafında çox həssas durum var...

12.01.2025 | 13:20
Biləsuvarda narkokuryer külli miqdarda narkotik və həblərlə yaxalandı...

12.01.2025 | 12:38
ABŞ-dakı yanğınlarla bağlı iddia - Xilasedicilər varlıların iqamətgahlarının yerləşdiyi ərazilərə yönəldilir...

12.01.2025 | 12:12
İrandan meşə yanğınları ilə bağlı ABŞ-a sürpriz təklif - yardım göndərməyə hazırıq...

12.01.2025 | 11:54
Sumqayıtda avtomobildə baş verən yanğında 1 nəfər yanaraq ölüb

12.01.2025 | 11:23
Bakıda avtomobillərə qənim kəsilən 2 oğru yaxalandı

11.01.2025 | 21:52
Türkiyə ordusu Suriyaya girir - geri sayım başladı...

11.01.2025 | 21:36
Şolts iki alman nazirin Ukraynaya 3 milyardlıq hərbi yardım paketini blokladı...

11.01.2025 | 21:09
Proses başladı - Türkiyədə 14 millət vəkilinin toxunulmazlığı ləğv edilir...

11.01.2025 | 21:04
Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi

11.01.2025 | 19:19
"Seymur Talıbov 3,1 milyon manat "şapka pulunu" cəzasız yeyə bilər"(?) - 144 milyonun kimə çatdığı hələ bir yana...

11.01.2025 | 18:07
Makron Azərbaycandakı fransız şirkətlərini ilginc duruma saldı...

11.01.2025 | 17:38
Bayden təhlükəni etiraf etdi - Los-Anceles yanğınlarında ölənlərin sayı artacaq...

11.01.2025 | 17:12
SOCAR Türkiyədə 2 şirkəti niyə satdı? - ilginc məqamlar var...

11.01.2025 | 16:45
Avropanın Azərbaycanda “beyin yuyan” layihələri fiaskoya uğradı...

11.01.2025 | 16:12
Bakıda mağazalarında saxta əskinaslarla alış-veriş edən şəxs saxlanıldı

11.01.2025 | 15:47
Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək

11.01.2025 | 15:30
Siyəzəndə polis əməliyyat keçirdi, 4 nəfər saxlandı

11.01.2025 | 15:08
Gürcüstanın XİN rəhbəri Bakıya gəlir...

11.01.2025 | 14:36
Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs tutuldu

11.01.2025 | 14:05
Prezident İlham Əliyev Şahin Bağırovu ordenlə təltif etdi

11.01.2025 | 13:24
Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparacaq...

11.01.2025 | 13:10
Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçdi

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031