Sloveniyadan COP29 AÇIQLAMASI: "Azərbaycana dəstək verməyə hazırıq"
"Sloveniya COP29-un iddialı məqsədlərinə çatmaqda Azərbaycana dəstək verməyə hazırdır." Bu barədə Trend-ə müsahibəsində Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyinin energetika üzrə dövlət katibi Tina Serşen deyib.
"COP29 Paris Sazişinin həyata keçirilməsi üzrə kollektiv səylərimizdə mühüm mərhələdir. İqlim dəyişikliyinin təsirləri pisləşdikcə, bu qlobal problemin öhdəsindən gəlmək üçün ölkələrin bir araya gəlməsi zərurəti getdikcə artır.
Sloveniya və Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə özünəməxsus mövqedədir və sadiqdirlər ki, bu da bizə COP29-da mənalı tərəfdaşlıq yaratmağa imkan verir. İqlim danışıqlarında xalis sıfır emissiyaya keçidin və iqlimə davamlı inkişafın maliyyələşdirilməsi, şübhəsiz ki, böyük əhəmiyyət kəsb edəcək. Sloveniya iqlimin maliyyələşdirilməsinə sadiqliyini nümayiş etdirdi, buna misal olaraq, ən həssas ölkələrə və icmalara kömək məqsədi daşıyan İtkilər və Zərər Fonduna 1,5 milyon avro ayırdı. Bu öhdəlik mürəkkəb çoxtərəfli vəziyyətdə mühüm siqnal göndərir", - deyə o bildirib.
Mətləb Salahov