KÖHNƏ VERSİYA            

Şəhid(lər) haqqında ürək sözləri də fərqli olur... - Doqquzuncu yazı

Image

Əli və İslam Əhmədov qardaşları haqqında çox deyilib, bundan sonra daha çox deyiləcək. Çünki onlar tarixə qəh­rəman qardaşlar - müharibənin ilk şəhid qardaşları ki­mi dü­şüblər...

...Məqam elə gətirib ki, şəhid qardaşlar haqqında qo­hum-əqrəbaları da ürək yanğısı ilə söz deyiblər... 

Onları təqdim edirik:

Elnur, qrup yoldaşı:

- Əli ilə ilk tanışlığımız tələbəlik illərimizə təsadüf edir. İlk gündən Əli ilə dostluğumuz, tanışlığımız yaranmışdı. Əli öz tərbiyəsi və davranışı ilə həm qrupda, həm universi­tet­də, həm də müəllim kollektivi arasında hörmət qazanmışdı. Əli ilə bağlı çox xatirələrim var. 3-cü kursun yay ayında Mingəçevirə - öz evinə qonaq çağırmışdı. 10 gün Əli­gilin evində qonaq oldum. Ailəsini yaxından tanıdım. Əli ilə çox gözəl vaxt keçirtdik. Bu, mənim üçün ən yaddaqalan xatirə oldu... 

Hər bir gəncin qəlbində Vətən sevgisi olduğu kimi, Əli­də də var idi. Amma onda sanki hamıdan daha çox idi. Əli öz Vətəninə, torpağına bağlıydı. Onunla son yazışmamız ya­d­ıma düşür. Əhvalını soruşdum. Xeyli danışdıqdan sonra hiss etdim ki, Əlinin bir sıxıntısı var. Soruşdum, dedi ki,  yaxın vaxtlarda döyüş olacaq. Mən Vətən üçün döyüşməyə gedəcəm və  şəhid olacam. Sağollaşdıqdan sonra dedi ki, sağ qalsam danışarıq, şəhid olsam Vətən sağ olsun!. Əli, sanki bunu hiss etmişdi. O və qardaşı İslam bir-birlərindən xəbərsiz şəhidlik zirvəsinə ucaldılar. Başda anaları Sevinc xanım olmaqla Allahdan onların yaxınlarına səbr diləyirəm. Əli cismən yanımızda olmasa da, daim xatirələri ilə qəlbimizdə yaşayacaq. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Kənan Bağırov, tələbə yoldaşı: 

- Mən şəhid Əli Əhmədovun qrup yoldaşı olmuşam. Bi­zim Əli ilə tanışlığımız Akademiyada oxuyarkən başladı. Əlini tanıdığım müddət ərzində onun sakit, hər kəs ilə yola ge­dən, hər kəs ilə dil tapa bilən, müəllimlərinə, bö­yük­lə­ri­nə hörmət edən bir insan olduğunu gördüm. Əlinin şə­hid­lik kimi uca bir məqama çatması onun bu məqama layiq olduğunu göstərir. Əlinin şəhid olması bizi - qrup yoldaşlarını, dostlarını, hər kəsi dərindən yaraladı. Bizim üçün ağır və gözlənilməz oldu. Əli həmişə bütün yoldaşlarına qarşı mərhəmətli olub. Vətənpərvərliyi və dinə bağlılığı ilə seçilirdi. Bu xarakteri onu Vətənə xidmət etmək üçün cəbhəyə doğru yola saldı. O, bu yolda öz şərəfi ilə şəhid oldu. Onun qardaşı Əhmədov İslam da Vətən uğrunda şəhid oldu. Analarına Allahdan səbr diləyirəm. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fətihi Həqiqət, Coğrafiya müəlimi:

- Əli mənim xatirəmdə əsl vətənpərvər şagird, əbə­diyaşar, hərbi simalı igid, mərd bir övlad kimi qalıb. Bir gün coğrafiya dərsində vətənpərvərlik mövzusunda söhbət düşdü. Əli dedi ki, müəllim mənim könlümdən şəhid ol­maq keçir. Mən ona yaxınlaşıb başını sığalladım. O isə dedi ki, yox, mən demişəm, şəhid olacam, qurtardı. Sözüm sözdür. Yerin cənnət olsun, əziz balam...!

İslam sakit, tərbiyəli, məsum baxışlı bir şagird idi. Mən bu şagirdlərlə qürur duyuram. Mənim üçün çox çətindir. Fi­kirlərimi sözlə ifadə edə bilmirəm... Allah hər ikisinin məkanını cənnət etsin!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Nahidə Heydərova, Fizika müəllimi (hər iki şəhid qardaşın) Sinif rəhbəri:

- Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Əli və İslamın qəhrəmancasına şəhid olmağı haqda yazacaq, Şəhidlər xiyabanında məzarlarını ziyarət edəcəm. Şəhid Əli və İslam qardaşlarının adı gələndə gözlərim dolacaq, qəhər məni boğacaq... 

Əli və İslamla ilk tanışlığımız 2005-ci ildə oldu. Həmin il mən onların sinif rəhbəri olduğum üçün uşaqları fənn müəllimlərindən fərqli olaraq daha yaxından tanıdım və axıra kimi də necə tanıdımsa, elə də yaddaşıma həkk olundular. Çünki heç dəyişmədilər. Əli 5-ci sinifdə necə sakit, təmkinli idisə, üzərində illərin yorğunluğu olmasına baxmayaraq, məktəbi bitirənə qədər elə də qaldı. Əli çox ağıllı, dərslərinə qarşı məsuliyyətli, böyük-kiçik yeri bilən bir şagird kimi yaddaşımdadır. 

İslam bir qədər çılğın təbiətli şagird idi. Hansısa bir hərəkəti edəndə gözü qalardı Əlinin üzündə ki, görsün o, necə reaksiya verəcək. Əlinin baxışı İslamın sonrakı hərəkəti demək idi. Heç yadımdan çıxmaz, Əli fizikadan “4”-nü özü alardı. İslam isə fizikanı mənimsəməkdə çətinlik çəkdiyindən ona deyərdim ki, sən hər dərs mənə 10 fərqli qayda danış, sənə “3” yazım. Elə oldu ki, İslam hər bəhsin qaydalarını əzbər bildi. Bir gün mənə yaxınlaşıb dedi ki, sualların hamısını bildiyimə görə, istərdim ki, mənə “4” yazasınız. Dedim, baş üstə. Həmin il ona “4” yazmışdım. Kaş ki, onları çox incitməyəydim... Bəlkə də, şəhid olacaqlarını bilsəydim onları daha çox əzizləyər, xoş sözlər deyərdim. Əli və İslam  haqqında keçmişdə danışmaq mənə əzab verir. 

Siz mənim qürur yerimsiniz, and yerimsiniz, tarix yazan igidlərimsiniz, Əli və İslam! Allah sizə rəhmət eləsin. Allah Sevinc anaya və bizə səbr versin!

Leysan müəllim, Tarix müəllimi:

- Əli və İslam haqqında ürək sözləri yazmaq həm qürurlu, həm də ağırdı. Mən Əli və İslama aşağı siniflərdə tarix dərsi demişəm. Çox yaxşı xatırlayıram onları. Hər iksi çox tərbiyəli və mehriban uşaqlar idi. Xüsusən, Əli həm dərslərini yaxşı oxuyurdu (tarixdən “5” alırdı), həm də çox sakit idi. İslam ona baxanda bir az hərəkətli idi. Birinci dəfə onların qardaş olduğunu biləndə sorşdum ki, siz doğrudan qardaşsınız? (Xasiyətləri baxımdan soruşdum). Əlidən qabaq İslam dilləndi: “Boyumuza görə deyirsiniz, müəllimə? Əli məndən hündürdü, ona görə?”. Dedim ki, yox. Nə vaxt baxıram, sən gülümsəyirsən, Əli ciddi dayanıb. Həmişəki kimi boynunu sağa əyib gülümsədi. O duruş heç vaxt gözümün önündən getməz...

Biz sizinlə qürur duyuruq, Əli və İslam! 

Allah sizə rəhmət eləsin! 

Allah bütün şəhidlərimizə rəh­mət eləsin!

Sevda xanım, sinif müəllimi:

-  Əli Əhmədov - çox çalışqan, təmkinli, səmimi və mehriban şagird olub. Əli daim kitablar oxuyurdu. Bəzən çox qeyri-adi suallar verərdi. Müəllim və yoldaşlarının hörmətini qazanmışdı. Yadıma gəlmir ki, kimsə Əlidən şikayət etsin. Coğrafiya fənninə xüsusi maraq göstərirdi. Sinifdə ağsaqqal ləqəbi ilə müraciət edərdilər ona. 

İslam Əhmədov - sakit təbiətli idi sinifdə. Qızlarla o qədər ünsiyyət qurmazdı. Utancaq idi. Amma oğlanlarla zarafatlarından geri qalmazdılar. Tənəffüsdə ara-sıra güclərini yoxlayırdılar. İslam tərbiyəli, sakit, mehriban və səmimi şagird idi. Heç bir müəllim bu iki qardaşdan narazı olmadı. Bir-birlərinə qarşı çox hörmətlə yanaşırdılar...

Fuad Hacıyev, dostu: 

- İslam müharibəyə gedən gün mənimlə vidalaşdı, anasını mənə tapşırdı, xahiş etdi ki, ondan muğayat olum… Bu, o anlama gəlir ki, bəzən insanın ruhi zəmində dedikləri, əslində, onun öz dili ilə yox, ona diqtə edənin (mələyin) dili ilə təqdir olunur. Məsələn, bir insana ölümün yaxın olduğu diqtə edilir, o da dərhal ailə üzvlərini başına yığıb vəsiyyət edir. İslam da şübhəsiz, ruhi zəmində müharibəyə getdiyi gün mənimlə görüşüb, vidalaşdı və  dedi ki, müharibəyə gedirik, inşallah, şəhidlik zirvəsinə yüksələrik... Son xahişi də anası olub. Dedi, anamdan mu­ğayat olarsan... 

Öləcəyinin diqtə olunduğu şəxs Allahın seçdiyi, dəyər verdiyi şəxsdir. Bu, dini təsnifatda da bu cür yozulur. 

İslamın anasına dediyi sözlər də bu mahiyyəti açır: ”Ana, mən şəhid olacağam”. O, Allahın fərqli xüsusiyyətlər əta etdiyi şəxs olduğu üçün Allah onu yüksək məqama ucaltdı və bu, ona qabaqcadan diqtə edildi. 

Anar Aslan oğlu Mehdiyev, döyüş yoldaşı, qazi:

- İslamla tanışlığımız ilk dəfə xidmət etdiyimiz hərbi his­sədə olub. Daha sonra onunla eyni bölmədə xidmət et­dik. İs­lam döyüş maşınlarının sürücü-mexaniki idi. Və­tə­ni­ni sevən, ixtisasını daim öyrənən hərbi qulluqçu idi. Onun­la bağlı yadımda çox şey var: Bir gün xidmət etdiyimiz hərbi hissəyə yoxlama gəlmişdi. Həmin gün də bölmənin səx­si heyəti başqa bir xidməti yerinə yetirmək üçün get­miş­di. Bölmədə təkcə İslam qalmışdı. Bölmənin döyüş ma­şınlarını işə salmaq onun üzərinə düşürdü. İslam bu işin öhdəsindən çox məharətlə gəldi, döyüş texnikalarının işə salaraq yoxlamaya təqdim etdi. Onun bu hərəkəti yoxlama tərəfindən minnətdarlıq hissi ilə qarşılandı.

İslam öz xidmət yoldaşları ilə də mehriban, səmimi dav­ranırdı. Komandirlərin əmr və tapşırıqlarını dəqiq yerinə yetirən, bunu özünə şərəf bilən hərbi qulluqçu idi. 

Allah rəhmət eləsin!

Nazim Əsədov, gizir:

- İslam Əhmədovla müxtəlif hərbi hissələrdə bir yerdə xid­mət etmişik. Çox ağıllı, tərbiyəli, səbrli, dözümlü, qo­çaq, komandanlığın tapşırıqlarını vaxtında, lazımi şəkildə ye­­rinə yetirən, bir sözlə, Vətənə sadiq əsgər idi.  Həmişə öndə olmağı xoşlayırdı. Onunla axırıncı dəfə Ağdamda görüşdük. O zaman da onu çox çevik, istiqanlı və əzmkar gör­düm. Hayıf ki, onun kimi bir oğulu itirdik...

islam haqqında çox söz demək olar. Ancaq xatırladıqca, bir-bir yadıma saldıqca çox pis oluram. Yəqin onun ruhu məni bağışlayar...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bəhlul, dostu:

- Əli ilə həm dost, həm də rəqs yoldaşı idik. Hələ də inan­mağım gəlmir ki, Əli şəhid olub. Çox qanacaqlı, tərbiyəli, böyük-kiçik yeri bilən qardaş idi. Birgə olduğumuz müddət ərzində onu dönə-dönə kəşf etmişəm. Xasiyyəti və mədəni davranışı ilə qəlbimizə yol açmışdı. Nə deyim, belə bir dostun itkisi bizim üçün çox ağırdır. Amma şəhidlik zirvəsi də hər kəsə nəsib olmur. 

Hər iki qardaşın ruhu şad olsun!

Nərmin Cəbrayılzadə, sinif yoldaşı:

- Əli və İslamın qəlbimdə, yaddaşımda xüsusi yeri olub hə­mişə... Əli ilə daha yaxın olmuşam. Dinə, Allaha çox bağlı idi. Mənə İslamı, Həzrəti Əlini, peyğəmbəri sevdirib, dinlə bağlı ağlımda olan bir çox suallara aydınlıq gətirib, hadisələr, hekayələr danışıb. Çox səbrli, təmkinli, dü­şün­cəli idi. Hər şeyi onunla məsləhətləşərdik. Dün­ya­gö­rü­şünə, düşüncə tərzinə, intellektinə görə hamımızdan seçilirdi. Sinifdə hamı onu «ağsaqqal» deyərdi. 

Mən riyaziyyatdan zəif idim, o Azərbaycan dili fənnindən. Həmişə boş dərslərdə birlikdə oturub bir-birimizə an­la­madığımız, zəif bildiyimiz mövzularda köməklik edirdik. Gələcəkdə özümüzlə bağlı xəyallar qururduq. Ha­mı­nın dincəlib söhbət etdiyi vaxtlarda belə o, yalnız dərs oxu­yur, test işləyirdi. Qarşısına yalnız bir məqsəd qoymuşdu: oxumalı, anasına gözəl, rahat və xoşbəxt həyat bəxş etməli…

Əlinin incə, həssas qəlbi də vardı. Mənalı şeirlər yazırdı. Ancaq utancaq olduğu üçün hamı ilə bölüşmürdü bu istedadını.

İslam daha sakit, içinə qapanan, səssiz idi. Dərslərə bir o qədər maraq göstərməsə də, tərbiyəsi ilə seçilirdi. Ata­ları dünyasını dəyişəndən sonra Əli İslamı sanki körpə uşaq kimi daim gözləri ilə izləyir, nəzarətdə saxlayırdı. Onu kefsiz, üzgün görəndə Əlinin gözlərindən dərd, kədər yağırdı. İki qardaş bəzən heç danışmadan bir-birinə baxışları ilə nəsə deyirdilər. Bunu yalnız özləri anlayırdı...

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

10.01.2025 | 09:10
Bu filmin yayım tarixi açıqlandı

10.01.2025 | 09:05
"Real" qalib gəldi, "Barselona"ya rəqib oldu

10.01.2025 | 08:59
Çində korrupsiya qalmaqalı - 822 milyon rüşvət alan məmura hökm oxunacaq

10.01.2025 | 08:37
Filologiya üzrə doktorlar texnika doktorlarını üstələdi – bu, Azərbaycanda baş verir...

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

09.01.2025 | 14:35
Baş Prokurorluq vətəndaşın əsassız məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031