KÖHNƏ VERSİYA            

Azad rayonlarımızda məktəb - təhsil quruculuğu böyük sürətlə gedir...

Image

Azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafı əsas hədəflərdən biri kimi müəyyən edilib. Son üç ildə azad rayonlarda tikinti, bərpa işləri gedir, elm və təhsil infrastrukturu yaradılır. Heç şübhəsiz, azad ərazilərdə məktəb və təhsil quruculuğunun çox sürətlə getdiyini müşahidə edirik. Bir zamanlar düşmən tərəfindən söndürülən təhsil-tədris ocaqları yenidən həyata qayıdır, yenidən məktəblərdən zəng səsləri yayılır.

Ərazilərimiz işçğaldan azad edildiyi ilkin zamanlarda Təhsil Nazirliyi (Elm və Təhsil Nazirliyi) bəyan edirdi ki,  işğaldan azad edilən Azərbaycan ərazilərində təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilirdi ki, ilk növbədə həmin ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır.

Bildiyimiz kimi, 2020-ci ilin sonlarından başlayaraq bu istiqamətdə çox böyük, əhəmiyyətli tədbirlər həyata keçirildi. 

O, da rəsmi olaraq açıqlanırdı ki, azad rayonlarda məktəblər yenidən inşa olunacaq, eyni zamanda rayonlarımızın sakinləri üçün müasir peşə təhsili infrastrukturu yaradılacaq. 2021, 2022-ci illərdə artıq görüləcək işlərin planları meydana çıxdı. 

Elm və təhsil naziri Emin Əmirullayev 2023-cü ildə bildirirdi ki, ölkə rəhbərliyinin verdiyi tapşırığa əsasən ilk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək. Bu məktəblər böyükhəcmli kompleks şəklində inşa olunacaq. 

Nazir qeyd edirdi ki, bunlardan birinin təməli dövlət başçısı tərəfindən Füzuli şəhərində qoyulub. O, həmçinin, Şuşa şəhərində də peşə təhsilinin inkişafı istiqamətində işlərə başlanılacağını qeyd edirdi. 

Nazir iki il əvvəl “2022-ci il üçün   ən böyük planlarımızdan  biri işğaldan azad olunmuş ərazilərdə ilin sonuna qədər məktəblərin tikilməsidir. Cənab  Prezidentin müvafiq sərəncamına  əsasən   Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin tikilməsini planlaşdırırıq. Ağdam şəhərində məktəb tikintisinə başlayırıq.   Cəbrayılda da ümumtəhsil müəssisəsinin tikintisinin planlaşdırılması gedir. O cümlədən digər şəhər və kəndlərdə də  yeni təhsil müəssisələrinin tikilməsi  nəzərdə tutulur.  Bilirsiniz ki, Zəngilanda  Ağalı kəndinin təməl daşı qoyulub. Bu, böyük qayıdışın birinci addımıdır. Burada da çox böyük qürur və fəxr hissi ilə qeyd etmək istərdim ki, artıq məktəbin necə fəaliyyəti ilə bağlı planlar var. Yəni, deməyim ondan ibarətdir ki, 2022-ci ilə çox  böyük ümidlər, arzular və planlarla  daxil oluruq”-deyə bildirirdi. 

Bildiyimiz kimi, bu sahədə işlər olduğca sürətlə getdi və 2023-2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərməyə başladı. Bu məktəblərdə ümumilikdə 780 şagird təhsil alırə onlara 94 müəllim dərs deyir. 

Azad rayonlarda fəaliyyət göstərən 6 məktəb hansılardır? 

Regionların sosial-iqtisadi inkişafında təhsil-tədris infrastrukturunun yaradılmasının önəmli əhəmiyyət kəsb etdiyi məlumdur. Azad ərazilərdə yenidən inşa edilən məktəblərə gəlincə, bunlar belə təsnifatlandırılıb: 

Zəngilan rayon Ağalı kand tam orta məktəbi -11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kand uşaq bağçası - 1 qrup), Ağdərə rayon Talış kand tam orta məktəbi - 7 sinif, 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası - 1 qrup), Füzuli şəhər 1 nömrəli tam orta məktəbi -11 sinif, 104 şagird, 15 müəllim, Laçın şəhər 2 nömrəli tam orta məktəbi - 11 sinif, 137 şagird, 16 müəllim, Laçın rayonu Zabux kənd tam orta məktəbi - 11 sinif, 51 şagird, 15 müəllim. Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif 349 şagird, 25 müəllim.

Yeri gəlmişkən, martın 3-də Ağdərə rayonu Talış kənd orta məktəbində buraxılış imtahanı keçirilib. Martın 10-da Dövlət İmtahan Mərkəzinin Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirib. Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır. Füzulidə də buraxılış imtahanı təşkil edilib. Bir sözlə, azad ərazilərdə fəaliyyət göstərən məktəblərdə bu proses həyata keçirilib və keçirilməkdə də davam edəcək. 

Şuşadakı 1 nömrəli məktəbin açılışı... 

Şuşa şəhərinin bütün infrastrukturunun, o cümlədən də təhsil infrastrukturunun yenidən qurulması olduqca mühüm və prinsipial məsələ olub. Dövlət səviyyəsində bu işə xüsusi münasibət olub. Azərbaycan mədəniyyətinin paytaxtında hər şey öz klassik ruhuna uyğun canlandırılıb. Şuşa şəhəri 1nömrəli məktəbin yenidən qurulması da görülən işlərin ən mühümlərindən biridir. 

Bildiyimiz kimi, 2023-cü ilin 7 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı baş tutdu. 

Bildirilirdi ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb.

Ekspertlər qeyd edirlər ki, Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Şuşadakı 1 saylı orta məktəb bunun daha bir əyani təsdiqidir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edəcək.

Şuşa  ölkəmizin mədəniyyət, ictimai-siyasi həyatında özünəməxsus rol oynayan tarixi bir şəhərimizdir. Burada Azərbaycanın ictimai-siyasi fikir tarixində əhəmiyyətli yer tutan görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar anadan olublar. Vaxtilə Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verdi. Ekspertlərə görə, Şuşada 1 saylı tam orta məktəbin inşası da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qeyd edilənlərə görə, məktəbin inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.

Qarabağ Universitetinin yaradılması böyük hadisədir 

Qarabağın əvvəldən elm-təhsil mərkəzlərindən biri olduğu məlumdur, buradakı məktəblərdə yüzlərlə ziyalı çıxıb. Bu baxımdan Qarabağda orta və ali təhsil məsələsi həmişə önəmli olub. 

Bildiyimiz kimi, Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olub. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. İşğal dövründə isə fəaliyyəti dayandırıb.

2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi. Bundan sonra, Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verildi. Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15 sentyabr tarixindən başlanması nəzərdə tutulur. Artıq vakansiya elan olunub, ixtisaslar müəyyən olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub.

15 fevral 2024-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Qarabağ universieti də fəaliyyətə başlayandan sonra artıq bu ərazilərdə yeni təhsil ab-havası olacaq.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

10.01.2025 | 09:10
Bu filmin yayım tarixi açıqlandı

10.01.2025 | 09:05
"Real" qalib gəldi, "Barselona"ya rəqib oldu

10.01.2025 | 08:59
Çində korrupsiya qalmaqalı - 822 milyon rüşvət alan məmura hökm oxunacaq

10.01.2025 | 08:37
Filologiya üzrə doktorlar texnika doktorlarını üstələdi – bu, Azərbaycanda baş verir...

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

09.01.2025 | 14:35
Baş Prokurorluq vətəndaşın əsassız məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031