Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda qeyd edilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılsın.
Qeyd edək ki, bundan əvvəl karantin rejiminin müddəti 2 aprelə qədər uzadılmışdı.
ZÜMRÜD