"Türkiyə İraqda yeni əməliyyatlara başlaya bilər" - Yaşar Gülərdən AÇIQLAMA
"Prezidentimizin cızdığı çərçivəyə uyğun olaraq bu yay İraq sərhədimizi təmin edəcək dairəni tamamlayacağıq və terror problemini aradan qaldıracağıq." Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
O, sərhədlər xaricində yeni əməliyyatların başlanacağını istisna etməyib: “Bunun üçün kimsədən icazə almayacağıq. Artıq Türkiyə terrorla mübarizədə yeni bir səhifə açmalıdır. Prezidentimiz də belə düşünür. Ən qısa zamanda bu işi bitirib, Türkiyəni terror bəlasından xilas edəcəyik. Son 5-6 ildir ki mübarizə aparırıq”.
Mətləb