Çində baş verən zəlzələdə insan itkisi 111-ə çatıb
Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələdə ölənlərin sayı artmaqda davam edir. Zəlzələ ilə əlaqədar yaradılmış qərargahın ən son açıqlamasına görə, ölənlərin sayı 111 yüksəlib, xəsarət alanların sayı isə 300-ə yaxındır. Çin Seysmologiya Mərkəzinin məlumatına əsasən, zəlzələnin episentri Yer səthindən 10 kilometr dərinlikdə yerləşib.
Mətləb